İrandakı etirazlar necə yekunlaşacaq? - Ya molla rejimi gedəcək, ya da

İrandakı etirazlar necə yekunlaşacaq? - Ya molla rejimi gedəcək, ya da"İranda baş verən hadisələri yalnız ölkənin daxili prosesi kimi qiymətləndirmək olmaz. Bu proses kifayət qədər mürəkkəb və maraqlıdır".
Bu sözləri azxeber.com-a açıqlamasında Əməkdar jurnalist, siyasi şərhçi Elçin Alıoğlu deyib.
O bildirib ki, İranda gedən proseslərin əsas hərəkətverici qüvvələri ölkə daxilindən daha çox kənar amillərlə bağlıdır:
"İranda gedən proseslərin əsas hərəkətverici qüvvələri ölkə daxilindən daha çox kənar amillərlə bağlıdır. Belə ki, ABŞ və İsrailin həyata keçirdiyi və 12 gün davam edən zərbələrdən sonra İran rejiminin çökəcəyi iddia olunurdu. Qərb və özlərini demokrat hesab edən qüvvələr düşünürlər ki, İrandakı rejimi asanlıqla devirmək mümkündür. Amma bu, belə deyil. Hələ Şah Abbas, Şah Təhmasib, hətta Şah İsmayılın dövründən etibarən İranda qanunverici hakimiyyətlə dini hakimiyyət arasında bölgü mövcud olub.
Bu sistemi asanlıqla ləğv etmək mümkün deyil. Bu gün İran öz tarixi ilə üz-üzədir. İrandakı mənzərə ciddi təhlükələr ehtiva edir. Daxili gərginlik artıq son həddə çatıb. İllərlə yığılan sosial yorğunluq, iqtisadi tənəzzül və ideoloji ziddiyyətlər birləşərək partlayış nöqtəsinə yaxınlaşıb. Bu mərhələni "İslam İnqilabının mental yorğunluğu" adlandırmaq olar".
E.Alıoğlu bildirib ki, 1979-cu ildə yaranan siyasi layihə artıq gücünü itirib:
"1979-cu ildə yaranmış bu siyasi layihə artıq cazibədarlığını və səfərbərlik gücünü itirir. O dövrdə inqilab ədalət, müstəqillik və mənəvi yenilənmə vədləri ilə cəmiyyəti cəlb etmişdi. İranın Ali lideri Xamenei də məhz bu şüarlarla ABŞ, İsrail və Fransa tərəfindən hakimiyyətə gətirilmişdi. Bu gün isə bitib-tükənməyən iqtisadi böhran, gündəlik sağ qalmaq mübarizəsi milyonlarla insanın həyatını ağırlaşdırır".
İrandakı etirazlar necə yekunlaşacaq? - Ya molla rejimi gedəcək, ya daEkspert vurğulayıb ki, Güney azərbaycanlıların susqunluğunun müəyyən səbəbləri var:
"Güney azərbaycanlılar əvvəlki etiraz dalğalarında aktiv deyildilər. Amma bu dəfə vəziyyət dəyişib. Əsas məsələ Təb­riz bazarının hansı istiqamətdə mövqe tutacağıdır. Orta sinfin, xüsusilə əsnafın kimdən yana olacağı həlledici məsələdir. Bu dəfə əsnaf dəyişiklik, yeni idarəetmə tələb edir. Çünki güneylilər borclardan, boş vədlərdən və yalanlardan beziblər və hakimiyyətin dəyişməsini istəyirlər.
Lakin ABŞ Rza şah Pəhləvi modelini önə sürür. Onlar monorxiyanı bərpa etmək niyyətindədir. Güney azərbaycanlılar isə bu məsələdə ehtiyatlı davranırlar. Çünki bölgədə iki əsas düşərgə formalaşıb. Birinci Urmiya düşərgəsi olan və hakimiyyət strukturlarında, xüsusilə təhlükəsizlik və müdafiə sahələrində təmsil olunan qrupdur. İran Prezidenti Məsud Pezeşkian da bu düşərgəyə yaxın fiqur sayılır. Digər tərəfdə isə Güney Azərbaycanın dini və mənəvi elitası Ərdəbil dayanır. Onlar özlərini həm sistemin dayağı, həm də ideoloji mərkəz hesab edirlər. Güney azərbaycanlıların susqunluğunun səbəbi məhz bu daxili balansla bağlıdır".
O qeyd edib ki, İranda etirazların nəticə verməməsinin əsas problemi liderin olmamasıdır:
"İranda etirazların əsas problemi isə liderin olmamasıdır. Etirazçılar müxtəlif şəxslərin adlarını çəkə bilərlər. Müxalifət parçalanıb və güclü koordinasiya yoxdur. Ümumilikdə, İran üçün üç mümkün ssenari mövcuddur. Birincisi inersial sabitləşmə ssenarisi mümkün ola bilər. Burada rejim güc strukturunu nəzarətdə saxlayır, etirazlar məhdudlaşır və hakimiyyətdə kosmetik provakasiyalar aparılır. Xamneinin istefası və ya hakimiyyətin oğluna keçməsi mümkündür. Müəyyən qədər sanksiyaların aradan qaldırılması hesabına iqtisadiyyatın müvəqqəti düzəlməsi mümkündür.
İkincisi isə hərbi praqmatizm ssenarisidir. Bu halda SEPAH dövlət idarəçiliyini tam nəzarətə götürür və ABŞ ilə taktiki dialoq istisna olunmur. Belə olan halda din elementləri zəifləyir.
Üçüncü ən zəif ssenari isə inqilabi çökmədir. Etirazlar kütləvi hal alır, ordu parçalanır, hakimiyyət müvəqqəti şuralara və ya Pəhləvinin rəhbərlik etdiyi keçid hökümətinə verilir. Azərbaycan türkləri üçün ən əlverişli variant federal İran modelidir. Burada söhbət kürdlərə, bəluclara, ərəblərə geniş müxtariyyətin verilməsindən gedir. Lakin bu ssenari yüksək risklidir, çünki özlüyündə daxili qarşıdurma, xarici müdaxilə və hətta vətəndaş müharibəsi ehtimalını artırır".
Şahanə Ziyad

Siyasi       Tarix: 12 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele son xeberler bu gun bugun xeberler qarabag