İrandakı vəziyyət uzansa, dollar bahalaşcaq?

İrandakı vəziyyət uzansa, dollar bahalaşcaq?"Əgər İran Hörmüz boğazını bağlasa, bu, dünya neft tədarükünə ciddi təsir göstərəcək".
KONKRET.azxəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
A.Nəsirli izah edib ki, bu boğaz vasitəsilə Qərbə çıxan neftin böyük hissəsi keçir. Nəticədə neft qiymətləri qalxa bilər, bu da region ölkələrinə həm müsbət, həm də mənfi təsir göstərə bilər.
Ekspertin sözlərinə görə, Azərbaycanın əsas ixrac gəliri neft və qazdan gəlir. Buna görə neft qiymətləri yüksəlsə, dövlət büdcəsi üçün gəlirlər arta bilər:
"Dolların ucuzlaşmasına gəldikdə isə, əksinə, dollar daha da möhkəmlənə bilər. Çünki neftin qlobal qiymətləri artarsa, investorlar ABŞ dollarına sığınmaq istəyə bilərlər. Bu da manat qarşısında dolları bahalaşdırır. Yəni Azərbaycanda dolların ucuzlaşması ehtimalı çox aşağıdır, əksinə, qiymətlər qalxa bilər".
İqtisadçı-ekspert Eldəniz Əmirov Milli.Az-a açıqlamasında bildirib ki, Hörmüz boğazının bağlanması heç bir halda dollar və manat arasında olan məzənnə göstəricilərinə təsir etmək iqtidarında deyil.
E.Əmirov izah edib ki, bu boğazın bağlanması bilavasitə enerji qiymətlərinin qalxmasına gətirib çıxaracaq:
"Amma boğazın bağlanması uzunmüddətli davam edə bilməz. Çünki Yaponiya, Çin, Hindistan, Cənubi Koreya, eyni zamanda bir çox Avropa ölkələri məhz bu boğaz üzərindən ixrac edilən neft və neft məhsullarını idxal edir. Belə bir ortamda boğazın bağlanması uzunmüddətli dönəm ərzində real deyil".
Ekspertin sözlərinə görə, qısamüddətli dönəmdə isə bunun hər hansısa ciddi mənfi və yaxud müsbət təsiri olan deyil.

Sosial       Tarix: 04 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO

Ciddə-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlərin çamadanlarından gömrük orqanına bəyan edilməyən saat və planşetlər aşkarlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatınd

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən yeni xəbərlər havanın temperaturu hava proqnozu