"İrandan Azərbaycana hərbi təxribat riski realdır" - Türkiyəli politoloq

"İranın Araz çayında tanklarla keçirdiyi hərbi təlim onu göstərir ki, Tehran tərəfindən hərbi təxribat riski realdır".
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyəli politoloq, Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Həsən Oktay Haqqın.az-a müsahibəsində deyib.
"Hazırda İran Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirəcək Zənəgzur dəhlizinin açıqlmasının qəti şəkildə əleyhinədir. Prezident Ərdoğanın İranla sərhəddəki Zəngilan hava limanının açılışında iştirakı Tehranı daha da əsəbiləşdirib" – deyə politoloq vurğulayıb.
Oktya bununla yanaşı deyib ki, rəsmi Bakı İranla münasibətlərində xoş qonşuluq siyasətinə və tolerantlığa üstünlük verib.
"Hazırda İran İslam Respublikasının tarixində indiyə qədər görünməmiş vətəndaş itaətsiziliyi baş qalıdırb. İran dərin iqtisadi və sosial-siyasi böhrandadır. Belə vəziyyətdə islam üsul-idarəsi xalqın diqqətini sistemdaxili böhrandan yayındırmaq üçün xarici təhlükə amilini qabardır. İstisna deyil ki, Tehran bu məsələdə hədəf kimi Azərbaycanı seçə bilər. Niyə də yox? Kiçik bir hərbi qarşıdurma İran xalqını dilənçi vəzziyyətdən yayındıra bilər".
Oktayın sözlərinə görə, Tehranın şimal qonşusuna qarşı hərbi addım qərarı ciddi nəticələr verə və İranı vətəndaş müharibəsi həddinə gətirə bilər: "Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycana qarşı təcavüz baş verərəsə Türkiyə və İsrail Bakının tərəfində olacaq. Bu ölkələrin orduları isə ən güclü və texniki baxımdan təchizatı yüksək olan "onluğ"a daxildir. Görünür Tehranda Şuşa Bəynnaməsiniyaxşı oxumayıblar. Həmçinin yaxşı başa düşməyiblər ki, Türkiyə və İsrailin belə sürətli yaxınlaşmasında Bakı həlledici rol oynayıb. Bununla da Bakı Yaxın Şərqdə və Cənubi Qafqazda güclü strateji "üçbucağ"ın formalaşması üçün vasitəçilik edib".
Oktay deyib ki, İsrailə qarşı açıq təcavüzə İranın gücü çatmadığı üçün Tehran "Azərbaycandan gələn İsrail təhlükısi" haqqında tezisi ortaya atıb: "Aydındır ki, Azərbaycandan gələn təhlükə barədə deyilənlər barmaqdan sovurma sözlərdir və reallıqla heç bir əlaqəsi yoxdur. Amma bununla yanaşı anlamaq lazımdır ki, Tehrana təhlükəni şişirtmək üçün bəhanə lazımdır. Tehran artıq anti-Azərbaycan isteriyası qaldırıb. Bir neçə ay əvvəl radikal şiə qruplaşmasının Azərbaycanın Londonda səfirliyinə hucumu oldu".
Oktay deyib ki, İranın Azərbaycana qarşı müdaxiləsi bu ölkədə yaşayan azərbaycanlıların ciddi müqaviməti ilə üzləşəcək: "İkinci Qarabağ müharibəsində biz İran azərbaycanlılarının gücünü gördük. Onlar Nurduz-Mehri sərhədində İrandan Ermənistana silah daşıyan maşınların qarşısını güc yolu ilə aldılar, yolları bağladılar. Təcrübə göstərir ki, İranda etnik xalqların yaşadığı bölgələrdə istənilən həyəcan dərhal digər regionlara yayılır. Bu o deməkdir ki, azərbaycanlıların anti-hökumət çıxışlarına kürdlər, bəluclar və hazırkı rejimə müxalif olan fars əhalisi də dəstək verəcək. Bir sözlə, Azərbaycana müdaxilə qərarı İranın üçün məğlubiyyətə çevriləcək".

Siyasi       Tarix: 30 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim iqtisadiyyat xeberleri bugun bugünki xəbərlər cəbhədən son görüntülər