İrandan ölkəmizə qarşı PUA təhlükəsi - Nə baş verir?
Azərbaycanın müstəqillik əldə etməsindən sonra İrandan qadağan olunmuş məhsulların ölkəmizə daşınmasına az qala hər gün cəhdlər edilib və edilir. Son vaxtlar isə qanun pozucuları PUA-lardan istifadə etməyə başlayıblar.
KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov İrandan PUA-larla ölkəmizə narkotik daşınmasına cəhdlə bağlı xəbərləri şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, DSX İran tərəfi ilə bir neçə dəfə həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə bu məsələni gündəmə gətirib:
"Bilirik ki, narkotik qaçaqmalçılığı böyük bir şəbəkə tərəfindən həyata keçirilir. Onlar müxtəlif texnologiyalardan istifadə edirlər. Lakin DSX ən müasir avadanlıqlara sahibdir. Sərhəd zastavalarında bu texnologiyalar quraşdırılıb və bütün proseslər nəzarət altındadır. Bu səbəbdən də narahatlığa əsas yoxdur".
Ekspert vurğulayıb ki, İran öz tərəfindən bu hallara qarşı mübarizəni gücləndirməlidir:
"PUA-lardan istifadə hər bir ölkənin öz daxili qərarları ilə tənzimlənir. Bildiyim qədəri ilə İranda bu məsələlərlə bağlı qanun mövcuddur və mülki məqsədlərlə PUA-ların istifadəsinə icazə verilir. Onlar əsasən kənd təsərrüfatı, meşə və əkin sahələrinə nəzarət məqsədilə tətbiq edilir. Bəzilərinin müəyyən yükgötürmə qabiliyyəti də var. Görünür, İran sərhəd ərazilərdə yükgötürmə qabiliyyəti olan PUA-ların alınması və istifadəsinə yenidən nəzər salmalıdır".
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir