İranın ABŞ-a yazılı cavabı: Araqçi İslamabada mühüm sənədlə gəldi
İranın xarici işlər naziri Abbas Araqçi Tehran və Vaşinqton arasındakı münaqişənin həlli ilə bağlı ABŞ-ın irəli sürdüyü ideyalara yazılı cavabla İslamabada gəlib. "The New York Times" (NYT) qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, bu sənəd tərəflər arasında mümkün sülh sazişinin taleyində həlledici rol oynaya bilər.
KONKRET.az xəbər verir ki, səfərin təfərrüatlarına bələd olan iki yüksək rütbəli iranlı rəsmi Araqçinin cümə günü İslamabadda olacağını və özü ilə ABŞ-ın sülh təkliflərinə dair rəsmi cavabı gətirdiyini təsdiqləyib. Nəşrin həmsöhbətləri əlavə ediblər ki, həftəsonu Araqçinin Pakistan paytaxtında ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerlə görüşəcəyi gözlənilir.
Rəsmi Tehran limanlara qoyulan blokada aradan qaldırılmayana qədər Vaşinqtonla birbaşa danışıqlar aparmayacağını bəyan etsə də, mənbələr hakimiyyət nümayəndələrinin gizli kanallar vasitəsilə Pakistanla mesaj mübadiləsi apardığını və dialoqun bərpası üçün səylər göstərdiyini bildirirlər.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK