"İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur" - Deputat

"İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur və onun Azərbaycanın suveren əraziləri ilə bağlı İran dövlət başçısından fərqli münasibət bildirməsi başa düşülən deyil".
KONKRET.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, İran prezidenti İbrahim Rəisi Daşkəntdə Prezident İlham Əliyevlə görüşü zamanı Qarabağ torpaqlarının Azərbaycanın suveren əraziləri olduğunu vurğulayıb və bu ərazilərimizi separatçılardan təmizləyərək, konstitusion hüquqlarımızı təmin etdiyimizə görə ölkə başçımızı və xalqımızı təbrik edib:
"Rəisi həm də Azərbaycanın suveren ərazilərinin bütövlüyünə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu bir daha ifadə edib. Bundan bir gün sonra isə Ermənistandakı səfir Mehdi Sübhani tamamilə fərqli mövqe nümayiş etdirir. Belə ki, Qarabağda ermənilərin hüquq və təhlükəsizliklərinin təmin olunmasından, o cümlədən öz müqəddəratının təyin etməsindən danışır. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan səfirin bu münasibətinə görə İran XİN-liyi aydınlıq gətirməlidir.
İran dövləti İrəvandakı səfirini Azərbaycanla münasibətlərinə xələl gətirə biləcək belə ifadələri işlətdiyinə görə cəzalandırmalıdır. Əgər belə olmazsa bu, İran dövlətinin ikiüzlü siyasət yürütməsi deməkdir. İran səfiri Qarabağda ermənilərin öz müqəddəratının təyin edilməsindən danışırsa, biz də İrandakı 30 milyondan çox  azərbaycanlının öz müqəddəratının təyin etməsi hüququndan danışmalıyıq. Çünki, İranda yaşayan azərbaycanlılar sadəcə ana dilində  təhsil və mədəniyyət kimi təməl hüquqlarından məhrumdur. Bəli, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlikləri Azərbaycanın Konstitusiyasına əsasən qorunacaqdır. Konstitusiyamız çox demokratikdir və etnik, dini mənsubiyyətindən asıllı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğunu qeyd olunur. Amma sual olunur ki, İrandakı azərbaycanlılrarın hüquqları nəyə əsaslanaraq təmin olunur? Təbii ki, İranda sadəcə qəbilə qanunlarına görə azərbaycanlılar milli mənsubiyyətlə bağlı hüquqlarından məhrum edilib.
İran səfiri özünün açıqlamalarına diqqət etməlidir. Səfirlər dövləti təmsil edir və dövlət siyasətini müdafiə etməlidir. Amma belə görünür ki, səfir Mehdi Sübhani  ermənilərin xoşuna gələn ifadələri işlətməklə İranın  dövlət siyasətinə əks gedir. Hesab edirəm ki, ölkəmizin XİN-i İran XİN-nə müvafiq məsələ ilə bağlı nota göndərməlidir. İran dövləti öz səfirinin bütün hərəkətlərinə görə məsuliyyət daşıdığından bu məsləyə də münasibət bildirərərək  mövqeyini açıq şəkildə ifadə etsin. Biz də İranın rəsmi mövqeyi nədən ibarət olduğunu bilərik və  siyasətimizi də ona uyğun tənzimləyərik".
Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi haqqında sərsəm bəyanatla çıxış edib.

Siyasi       Tarix: 12 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber.az novruz bayramı idman xeberleri hava