"İranın işi-gücü bizə aftafa, təsbeh və narkotik keçirtməkdir" - Deputat

"İran hər zaman bizə düşmən mövqedə dayanıb və bu da heç kəsə sirr deyil".
KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.  Deputat vurğulayıb ki, İran Azərbaycanın inkişaf etməsini və  söz sahibi olmasını qısqanır:
"Bilirik ki, İranda 40 milyondan çox azərbaycanlı yaşayır. İran fikirləşir ki, oradakı azərbaycanlılar ayağa qalxa və öz müstəqilliklərini elan edə bilərlər. Buna görə də, İran bizə qarşı kinlidir. 44 günlük Vətən müharibəsində də İranın kimin tərəfində durduğunu gördük. İran İmam Hüseynin tərəfində durmadı, Sümürün, Yezidin tərəfində durdu. Azərbaycanda da onun agenturası həmişə işləyib. DTX-ya eşq olsun ki, bunun üstünü açdı. Görünür, DTX çoxdan izləyirmiş bunların fəaliyyətini. Düzdür, indi 19 adam həbs edilib, ancaq bunların sayı 19 deyil, bəlkə də 1900-dən hələ çoxdur. Hər halda, bu insanlar Vətənə və dövlətə xəyanət ediblər. Bu işin üstünün açıldığına görə DTX-nı alqışlayıram, şəxsən Əli Nağıyevi alqışlayıram. Bu işləri bacardı, dövlət əleyhinə olan cinayətlərin üstünü açdı və həbs etdi. Buna yalnız sevinmək olar. Özünü  yalançı şiəlik pərdəsi adı altında burada iş aparanların, irançıların da bir az əl-ayaqları yığışar".
A.Abbas qeyd edib ki, tutulanları xaricdən maliyyələşdirənlər də axtarıb tapılmalıdır:
"Hər halda, müvafiq orqanlar məndən yaxşı bilir. Bu sahədə xeyli işlərin görülməsinə ehtiyac var. Həmçinin, Xarici İşlər Nazirliyi də İrana gedən vətəndaşlarımızı ehtiyatlı olmağa səsləməlidir. Onlar ora getməsələr yaxşı olar, çünki bizlərdən kimsə ora xəstəsini aparsa, yalandan şərləyə bilərlər. Necə vaxtilə Qənimət Zahidi şərləmişdilər, sənədə qol çəkdirmişdilər. Düzdür, gələndə etiraf etdi ki, incidiblər və belə bir sənədə qol çəkdiriblər. İranın işi gücü bizə aftafa, təsbeh və narkotik keçirtməkdir.  Çox təəssüf ki, bəzi vətəndaşlarımızı din adı altında aldadırlar. Bizdə hələ xürafatçılıq var, əslində özünə İmam Hüseynçi deyənlər heç Hüseynin qiymətini, qədrini bilmirlər. Bilsələr, İrana nifrət edərlər. Onlar Hüseynçi olsalar, Sümürün, Yezidin tərəfində dayanmazlar".

Siyasi       Tarix: 03 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber