İranın neft naziri Türkmənistan XİN başçısı ilə görüşdü
İranın neft naziri Cavad Ovci Türkmənistanın Nazirlər Kabinetinin sədrinin müavini Sərdar Berdimuhəmmədov və bu ölkənin xarici işlər naziri Rəşid Meredovla görüşüb.
KONKRET.az-ın məlumatına görə, görüşdən sonra C.Ovci bildirib ki, sabah İran və Türkmənistan arasında neft və qaz sahəsində bir sıra sənədlər imzalanacaq: "Sənədləri iki ölkənin ekspertləri hazırlayıb. İmzalanacaq sənədlərdə enerji, qaz, neft və neft-kimya məhsulları sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. İki ölkə arasında bu sahədə əməkdaşlıq üçün geniş potensial mövcuddur".
Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz mübadiləsinin həyata keçirilməsinə yanvar ayının əvvəlindən başlandığını deyən C.Ovci əlavə edib ki, Türkmənistanın Sərəxs bölgəsində gündəlik 4-5 milyon kubmetr qaz mübadiləsi həyata keçirilir. Ovci Türkmənistandan gündəlik 40 milyon kubmetr qaz idxal və mübadilə etmək üçün potensialın olduğunu vurğulayıb və qeyd edib ki, İran gündəlik 40 milyon – ildə 10-15 milyard kubmetr həcmində Türkmənistan qazını qonşu ölkələrə ötürməyə hazırdır./APA
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı