"İranın uzantıları dövlətimizi hədəfə alır" – Azər Həsrət

"İran Azərbaycan müstəqilliyini əldə etməyə başladığı dövrdən bu günə qədər ölkəmizdə din adı altında maskalanaraq özünə bir şəbəkə qurub"
Bu sözləri azxeber.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. 
O qeyd edib ki, İranın bu şəbəkəsi zaman-zaman siyasi proseslərə qarışıb:
"İranın bu şəbəkəsi zaman-zaman siyasi proseslərə qarışıb, hətta bəzən öndərlik etmək istəyib. Təbii ki, dövlətin sərt münasibəti ilə üzləşdikdən sonra geri çəkilməyə məcbur olub. Lakin bu şəbəkə birdəfəlik aradan qaldırılmadığına görə İran bir növ geri çəkilərək yeni hazırlıqlar üçün şərait yaradıb; onları maliyyələşdirib, qızışdırıb, beyinlərini yuyub, zombiləşdirib, manqurtlaşdırıb və öz dövlətinə qarşı kökləyə bilib. Həmin vətəndaşlar zaman-zaman baş qaldırır, dövlətə qarşı üsyan etmək istəyirlər. Hətta İranla Azərbaycan arasında seçim etməli olduqda İranı seçəcəklərini deyirlər. Bəhanələri də budur ki, guya Azərbaycanda İslam dini sıxışdırılır. Halbuki Azərbaycan dövləti İslam dini də daxil olmaqla, bütün dinlərə yüksək səviyyədə qayğı göstərir. Prezident İlham Əliyevin özü də İslam dininə daim qayğı göstərir. Bundan əlavə, beynəlxalq platformalarda islamofobiya məsələlərini gündəmə gətirir, yəni İslamı müdafiə edir". 
A.Həsrət vurğulayıb ki, İranın uzantıları olan bu şəxslər Azərbaycan dövlətini, onun liderini və dövlət qurumlarını hədəfə alır:
"İranın uzantıları olan bu şəxslər və şəbəkə Azərbaycan dövlətini, onun liderini və dövlət qurumlarını hədəfə alır. Nəticə etibarilə onların məqsədi Azərbaycanda dünyəvi dövlət quruluşunu devirib, onun yerində dini, şəriətçi, hətta məzhəbçi bir dövlət qurmaqdır. Təbii ki, Azərbaycan xalqının böyük əksəriyyəti bunu istəmir və buna qarşıdır. Ona görə də İranla bağlı şəbəkə zaman-zaman baş qaldıranda bu adamlar xalqın böyük reaksiyası ilə üzləşirlər. Yəni dövlət və xalq onları yerlərində oturtmağa məcbur olur. (Bu dəfə də belədir: onlar yerlərində oturdulacaqlar. Təbii ki, Bakı şəhərində sözügedən təxribatları törətməyə cəhd göstərən, məktəblərin qapılarının şüşələrini sındıran şəxslər mütləq cəzalarını alacaqlar".
Şahanə Ziyad

Siyasi       Tarix: 13 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - FOTO

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezident

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib. KONKRET.azxəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib. "Kamboca Kralının dəvətini Siz

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Amerika lideri Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. MƏLUMAT YENİLƏNİR…

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından altı il ötür. xatırladır ki, 2020-ci ilin oktyabrın 11-də gec

Şahbaz Şərif İlham Əliyevə zəngindən yazdı

Azərbaycan və Pakistan dəyişməz dostluq və strateji tərəfdaşlığa sadiq olduqlarını, həmçinin iqtisadiyyat, investisiya və ticarət sahələrində əməkdaşlığı genişləndirərək ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltmə

Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar 

"Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarının dəstəklənməsi və 2028-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bəyan etməsi ölkəmizin təşkilat çərçivəsində fəallığının artırılması, regional əməkdaşlığı

Kamboca baş naziri Azərbaycana gəldi

Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovu

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanı

Prezident: 'Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsind


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeberler az cəbhədən xəbər oxu.az xeberler