İranın yeni Ali Lideri Xamenei haqqında YENİ FAKTLAR

Media orqanlarında yayılan xəbərlərə görə, İranın ali dini rəhbəri Əli Xameneinin oğlu Möctəba Xamenei ölkənin növbəti Ali Lideri seçilib. Lakin İran hakimiyyəti və rəsmi dövlət mediası bu məlumatı hələlik təsdiqləməyib.
KONKRET.az bildirir ki, məlumatlara əsasən, qərarın Ali Liderin seçilməsi səlahiyyətinə malik olan 88 nəfərlik Ekspertlər Assambleyası tərəfindən qəbul edildiyi iddia olunur. Mənbə kimi Iran International və Deutsche Welle göstərilir.
"Deutsche Welle"nin yazdığına görə, Möctəba Xameneinin irəli çıxarılması İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi ilə baş tutub. Bununla belə, rəsmi təsdiqin olmaması xəbərin hələ də mübahisəli olduğunu göstərir.
Digər tərəfdən, The New York Times üç iranlı məmura istinadən bildirir ki, Möctəba Xamenei hazırda yalnız əsas namizəd hesab olunur. Qəzetin yazdığına görə, Ekspertlər Məclisində namizədliklə bağlı müzakirələr aparılsa da, bəzi üzvlər onun adının ictimaiyyətə açıqlanmasının ABŞ və İsrail üçün potensial hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər.
Möctəba Xamenei kimdir?
Açıq mənbələrə görə, Möctəba Hüseyni Xamenei 56 yaşlı iranlı din xadimi və siyasi fiqurdur. O, Qum seminariyasında dini təhsil alıb və 1987–1988-ci illərdə İran-İraq müharibəsində iştirak edib.
2009-cu il prezident seçkilərindən sonra baş verən kütləvi etirazlar zamanı onun "Bəsic" qüvvələrinə nəzarətdə rol oynadığı iddia olunur. Mənbələr onun 2005 və 2009-cu il seçkilərində sabiq prezident Mahmud Əhmədinejadı dəstəklədiyini və siyasi proseslərdə təsirli fiqur olduğunu yazır.
Bəzi hesabatlarda Möctəbanın İran daxilində və xaricdə – London, Dubay və Avropada maliyyə aktivlərinə nəzarət etdiyi iddia edilir. 2019-cu ildə o, ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Səbəb kimi onun "Bəsic" və regiondakı hərbiləşdirilmiş strukturlarla əməkdaşlığı göstərilib.
Analitiklərin fikrincə, onun Ali Lider seçilməsi İran siyasətində sərt xətt tərəfdarlarının və təhlükəsizlik strukturlarının təsirini daha da gücləndirə bilər.
Alternativ namizədlər kimlərdir?
Mümkün varislər sırasında digər adlar da çəkilir: Əlirza Ərəfi – ruhani və hüquqşünas, keçid dövründə üçtərəfli şuranın üzvü kimi qeyd olunur. Seyid Həsən Xomeyni – İslam İnqilabının banisi Ruhollah Xomeyninin nəvəsi. O, daha çox mötədil və islahatçı dairələrə yaxın hesab edilir. Bəzi analitiklər qeyd edirlər ki, Möctəba Xameneinin rəsmi dini iyerarxiyada Ali Lider olmaq üçün ənənəvi statusa malik olmaması onun namizədliyini hüquqi və dini baxımdan mübahisəli edə bilər.
Hazırkı mərhələdə Möctəba Xameneinin İranın yeni Ali Lideri seçilməsi ilə bağlı məlumatlar təsdiqlənməyib. O, aparıcı namizəd kimi göstərilsə də, prosesin rəsmi açıqlanması və Ekspertlər Assambleyasının yekun qərarı hələ ictimaiyyətə təqdim olunmayıb.
İran siyasətində mümkün hakimiyyət dəyişikliyi region və beynəlxalq münasibətlər baxımından ciddi nəticələr doğura bilər. Buna görə də proses diqqətlə izlənilir.Sfera.az

Siyasi       Tarix: 05 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbər.az sonxəbərlər sou xeberler