İranla Azərbaycan "Xudafərin" və "Qız Qalası" SES-lərdə işlərin davam etdirilməsi haqda razılıq əldə etdi
Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan və İran üzvlərinin iştirakı ilə iclas keçirilib.
KONKRET.az-ın məlumatına görə, iclas İranda Qız Qalası bəndində iki ölkənin nümayəndələrinin iştirakı ilə keçirilib.
İran və Azərbaycan Xudafərin və Qız Qalası elektrik stansiyaları ilə bağlı öncədən razılaşdırılmış sənədlərin icrası, eləcə də hidroqovşaq və elektrik stansiyalarında işlərin davam etdirilməsi, investisiya və podratçıların müəyyənləşməsi haqqında razılıq əldə ediblər.
İşlərin tamamlanması üçün 22 milyon ABŞ dollarından artıq xərc lazım olduğu və elektrik stansiyalarına dair müqavilənin DB qaydası ilə müəyyənləşməsi haqqında razılıq əldə olunub.
Yaxın 4 ay ərzində podratçıların müəyyənləşməsi və işlərin icrasına başlanılması proqnozlaşdırılır.

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq