İranla Türkiyə arasında MÜHARİBƏ ehtimalı - Safrastyan Tehranın hərbi aktivliyini ŞƏRH ETDİ
İran anlayır ki, Sünikdən keçən dəhliz (Azərbaycanda Zəngəzur dəhlizi kimi tanınır) Tehrana əlavə təsir rıçaqları yarada və Ermənistanla sərhədi bağlaya bilər.
KONKRET.az xəbər verir ki, bunu News-NEWS.am-a müsahibəsində erməni türkşünas Ruben Safrastyan deyib.
O, qeyd edib ki, İran ilk dəfə olaraq regionda Azərbaycan və Türkiyə üçün aktiv nümayişkaranə hərəkətlərə, o cümlədən hərbi-siyasi fəaliyyətə (təlimlər, dəhliz açılmasının yolverilməzliyi barədə bəyanatlar, Qafanda baş konsulluğun açılması) keçib. Bu, pantürkist iştahı cilovlamaq məqsədi daşıyır.
"Eyni zamanda, İran Türkiyəyə qarşı hərbi əməliyyatlar keçirə bilməz, çünki bu, on milyonlarla türkün yaşadığı ölkə daxilində problemlər yaradacaq".
Ruben Safrastyan bildirib ki, uzun illər ölkələr arasında müəyyən paritet var idi.
"İndi İran Türkiyənin dəstəklədiyi Azərbaycana təzyiq edərək bu balansı pozmağa başlayır. Həmçinin Tehran Türkiyə ilə birbaşa hərbi toqquşmadan qaçmaq üçün Bakıya nə dərəcədə təzyiq göstərməyin mümkün olduğunu da bilir", – deyə erməni ekspert vurğulayıb.
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü