"İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib

 "İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib"İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib
"İrəli" İctimai Birliyi onlayn formatda Hesabat-Seçki konfransı keçirib.
Oxu.Az xəbər verir ki, 300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda ilk olaraq "İrəli" İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərdə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda aktivliyinin artırılmasına xüsusi diqqət yetirir. Hesabat dövrü ərzində "İrəli" İB-nin vətənpərvərlik, dövlətçilik və azərbaycançılığın təbliği üzrə onlarla müxtəlif layihə çərçivəsində 22 600-dən artıq gənci əhatə etdiyi vurğulanıb. Qeyd olunub ki, yeni növ koronovirus pandemiyası şəraitində fəaliyyətini virtual məkanda davam etdirən "İrəli" İB onlayn formatda üç iri silsilə layihə həyata keçirib və hazırkı hesabat-seçki konfransı da bu onlayn fəaliyyətin bir təzahürüdür.
Hesabat məruzəsindən sonra təşkilatın İdarə Heyətinə seçki keçirilib. Namizədlər haqqında təqdimat nümayiş olunub və səsvermə prosesinə başlanılıb. İdarə Heyətinə üzvlər təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə İctimai Birliyin İdarə Heyətinin yeni sədri seçilib.
Göstərilən yüksək etimada görə "İrəli" kollektivinə təşəkkür edən Şahin Rəhmanlı daim gənclərin yanında olacağını, bundan sonra da peşəkar komanda ilə İctimai Birliyin uğurları üçün çalışacağını bildirib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, elmi potensialını səmərəli şəkildə reallaşdırmalarını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir, ölkəmizin dayanıqlı inkişafını şərtləndirir. Qeyd olunub ki, bu yaxınlarda dövlət başçısının müvafiq sərəncamı "İrəli" İB İdarə Heyətinin sabiq sədri Mirhəsən Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması "İrəli" İctimai Birliyinin və dolayısı ilə bütün gənclərin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bu qiymət və diqqətə görə ölkə başçısına "İrəli" üzvləri adından minnətdarlığını bildirən Şahin Rəhmanlı vətənpərvər ölkə gənclərini ictimai fəallığa, təşəbbüskarlığa, sağlam həyat tərzi keçirməyə və daim dövlətçiliyimizin keşiyində durmağa səsləyib. 
Daha sonra Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, AR Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxış edərək, "İrəli" İctimai Birliyinin bu günə kimi olan uğurlu fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, "İrəli" İB-nin yeni sədri Şahin Rəhmanlını təbrik edib, birliyin bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov "İrəli" İB-nin daim ölkəmizin maraqlarını ön planda saxladığını, gənclərə düzgün istiqamət göstərərək onların milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmağa çalışdığını vurğulayıb. Yeni İdarə Heyəti və təşkilatın sədri Şahin Rəhmanlını təbrik edən M.Seyidov təşkilata bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. 
Sonda "İrəli" İB-nin üzvləri təşkilatın işində fəal iştirak etməyə, "İrəli"nin dəyər və prinsiplərini fəal təbliğ etməyə çağırılıblar.
 "İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib "İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib "İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib "İrəli" İctimai Birliyinin VII Hesabat-Seçki konfransı keçirilib

Sosial       Tarix: 20 may 2020
f Paylaş

Oxşar xəbərlər

Məhərrəm ayı nə vaxt başa çatır?

Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayıb və hicri-qəməri təqviminə uyğun olaraq iyulun 14-də başa çatacaq. xəbər verir ki, Məhərrəm İslam təqviminin ilk ayı olmaqla yanaşı, müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyə

Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların raha

Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər: Bundan sonra

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların uzun müddətdir qarşılaşdığı və ciddi narazılıqlara səbəb olan problemlərdən biri öz həllini tapıb. Belə ki, sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçü

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. İlkin məlumata görə, "KIA"

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - Seysmoloqdan cavab

Minlərlə insanın həyatına son qoyan zəlzələ Venesuelada faciənin miqyasını hər saat daha da böyüdür. Ölənlərin sayı artıq 2 595 nəfəri keçib, on minlərlə insanın isə taleyi hələ də naməlumdur. Bu dağıdıcı zəlzələ yeni narahatlıqlar


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber 2026 sonxeber.az valyuta mezennesi xeberler bugun 2026