İrəvan müharibə hazırlığına başladı: "Bu silahlar Azərbaycana qarşı tuşlanıb"

İrəvan müharibə hazırlığına başladı: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib. Ermənistan parlamentinin spikeri Alen Simonyanın səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmayıb. Belə ki, Simonyanın timsalında Ermənistan bir tərəfdən sülhdən danışır, amma o digər yandan sərhədə qoşun yığır, silahlanır, atəşkəsi pozur və təxribatlara əl atır. Bəs görəsən, Ermənistanın məqsədi nədir? İrəvan sülh imzalamaq, yoxsa yeni müharibəyə başlamaq istəyir?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistan tərəfi hazırda ikili oynayır:
İrəvan müharibə hazırlığına başladı: "İrəvan bir tərəfdən sülhə hazır olması haqda bəyanatlar verərək Bakını və dünyanı aldatmağa çalışır, digər tərəfdən isə sərhədə qoşun yığır. Bu müddət ərzində Ermənistan Fransa və Hindistan vasitəsilə çox güclü şəkildə silahlanıb. Hazırda həmin silahlar sərhəddəki təxribatların törədilməsində istifadə olunur. Yəni həmin silahlar Azərbaycana qarşı tuşlanıb. Bir müddətdir ki, təxribatlar həyata keçirilir. Hərçənd Ermənistan tərəfi bildirirdi ki, bu təxribatlar onların işi deyil. Hətta baş nazir Nikol Paşinyan sərhəddə atəşkəsi pozmamaq haqda tapşırıq da verdiyini açıqlayıb. Bu zaman, Paşinyan niyə öz müdafiə nazirinə atəşkəsi pozmamaq əmri verir?. Bu, ziddiyyətdir və bir daha İrəvanın mahiyyətini ortaya qoyur. Onlar Azərbaycanı provakasiyaya çəkərək müharibəni alovlandırmaqla məşğuldurlar. Əgər bölgədə yeni bir müharibə baş versə, bu, Ermənistan üçün fəlakətlə nəticələnəcək. Azərbaycan öz gücünü ortaya qoyacaq və düşməni məhv edəcək. Hər halda Simonyanın fikirləri kifayət qədər düşündürücüdür. O, açıq-aşkar şəkildə Ermənistanın ikiüzlülüyünü, simasızlığını nümayiş etdirir. Bir tərəfdən müharibə istədiyini açıq büruzə verən dövlət, digər yandan sülhlə bağlı bəyanat səsləndirir. Bu da Ermənistanın yalançı mahiyyətini ortaya qoyur. Təəssüf ki, Paşinyan öz sələflərinin siyasətini davam etdirir və xarici havadarlarından dəstək alaraq onların sifarişlərini yerinə yetirir. Bu, narahatedici məqamdır və Ermənistana yaxşı heç nə vəd etmir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 26 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun ən son xeberler futbol xeberleri cəbhədən son xəbər