İrəvan niyə separatçılara arxa çevirdi?

İrəvan niyə separatçılara arxa çevirdi?"Separatçılara münasibətlə bağlı rəsmi İrəvanın ölkəmizə qarşı müəyyən addımlar atdığının şahidi oluruq və bu, ümumi prosesdə həyata keçirilən bir davranışdır".
KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O, Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyanın Paşinyan hakimiyyətinin irəvana qaçan qondarma "Artsax" nümayəndələri ilə bağlı yürütdüyü siyasət barədə verdiyi açıqlamaya münasibət bildirib.
Xatırladaq ki, L. Zurabyan qeyd edib ki, Ermənistan hakimiyyəti "Dağlıq Qarabağın keçmiş liderləri"nin taleyi üçün heç nə etmir və Azərbaycan qarşısında heç bir tələb irəli sürmür"
E. Mirzəbəylinin sözlərinə görə, əgər indiki şəraitdə Ermənistan rəhbərliyi konkret olaraq Azərbaycanda saxlanılan və istintaq prosesi gedən separatçıların liderləri ilə bağlı məsələ qaldırsa, şübhəsiz, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bundan öncə verdiyi bəyanatları inkar edəcək:
"İrəvan çox yaxşı başa düşür ki, Azərbaycanın qırmızı xətləri var və Azərbaycanda saxlanılan şəxslər ölkə ərazisində ağır cinayətlər törədiblər. Hazırda məsuliyyətin bilavasitə həmin şəxslərin üzərinə qoyulması, habelə özünün haradasa sığortalanması baxımından Ermənistan hakimiyyəti bu məsələnin üzərinə çox da ciddi şəkildə getmək istəmir. Çünki Azərbaycan ərazisində müharibə cinayətlərini təkcə həmin separatçılar törətməyib. Ona görə də bu məsələyə daha qabarıq şəkildə müdaxilə edilməməsinin səbəblərindən biri də budur".
Siyasi şərhçi əmin edib ki, separatçılarla bağlı atılacaq addımlar, onsuz da hər hansı bir formada nəticə verməyəcək:
"Çünki Azərbaycanın addımları hüquq çərçivəsində reallaşır. Bəlli olduğu kimi, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında çoxsaylı müddəalarla məsələ qaldırmışdı, amma onların mütləq əksəriyyəti qəbul olunmadı. Bunların içərisində Azərbaycanın müvafiq dövlət qurumlarının, həmçinin polis və hərbi qüvvələrin separatçılardan təmizlənmiş Azərbaycan ərazilərində mövcudluğu məsələsi idi ki, Ermənistan bunun əleyhinə çıxış edirdi. Beynəlxalq Ədalət Məhkəməsində İrəvanın bu iddiası təmin olunmadı. Əksinə, məhkəmə həmin ərazilərdə müvafiq formada Azərbaycanın dövlət qurumlarının fəaliyyətini ölkəmizin Qarabağ üzərindəki suveren hüquqlarının olması ilə əlaqələndirdi. Bu da faktiki olaraq Qarabağda həbs olunan şəxslərə münasibətdə sərgilənən hüquqi davranışların tamamilə legitim olduğunu sübuta yetirən bir faktdır. Belə olan təqdirdə, Ermənistan Azərbaycana qarşı hər hansı bir formada iddia irəli sürə bilməz".Yenisabah.az

Siyasi       Tarix: 05 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler siyaseti xeberler bugun krimnal xeber