İrəvandan xarici işlər nazirlərinin Rusiya görüşü barədə AÇIQLAMA
İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Rusiyada görüşünün keçirilməsi təklifini nəzərdən keçirir.
KONKRET.azxəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bildirib .
"Müxtəlif təkliflər, müzakirələr var, lakin hələlik konkret razılaşma yoxdur. Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir", – Arutyunyan deyib.
Bundan əvvəl Kremlin sözcüsü Dmitri Peskov bildirib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, lakin hələlik ciddi irəliləyiş yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdiyinə görə, siyasi iradə olarsa, Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin rəhbərlərini qəbul etməyə hazırdır.
Ariz Həsənoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında