İrəvanın EKZİSTENSİAL TƏHDİD adlandırdığı nədir? - AÇIQ SÖHBƏT

İrəvanın EKZİSTENSİAL TƏHDİD adlandırdığı nədir? - AÇIQ SÖHBƏT"Qarabağın dağlıq hissəsində Ermənistan silahlı qüvvələri mövcud deyil. Rejimin ekzistensial təhdidlərə qarşı mübarizə üçün öz müdafiə ordusu var".
KONKRET.az xəbər verir ki, bu sözlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana aiddir. Bir sözlə, İrəvan ikiüzlülükləri davam etməkdədir. Ermənistan özünün də tanımadığı qondarma rejimə görə səfərbərliyi rəsmən dayandırsa da, orada mövcud olan terrorçu qruplaşmaların mövcudluğunu gərəkli sayır. 1-2 nüansa aydınlıq gətirək:
– Azərbaycanın zəfəri ilə yekunlaşan II Qarabağ savaşı ərzində Şuşa, Hadrut, Xocavənd, Xankəndi, Xocalı və s. rayonlarda yaşayan ermənilərin hamısı İrəvana qaçdı;
– Laçın dəhlizini qapayan ermənilər onların bir hissəsini – 2-3 minini Xankəndiyə qaytara bildi;
– 44 günlük savaşdan sonra Qarabağdan qaçan ermənilərin yarısı İrəvan yataqxanalarında, 30 faizi Rusiya, 10 faizi isə Avropa və Amerikadadır;
– yerdə qalan 10 faiz, yəni 5 minədək erməni sülhməramlı nəzarətilə Qarabağa qaytarılıb;
– Hazırda orada yaşayan 25 min erməni Ermənistanın evsiz-eşiksiz, səfil, Qarabağda yaşamaq şərtilə həbsxanadan çıxarılan, pozğunluq və narkotiklə pul qazanan sakinləridir;
– Bu köçürmənin təşkilatçısı Rusiyadır. Bəli, onlar ötən əsr yaratdıqları muxtariyyəti dəfn etmək istəmirlər. Ancaq biz onların sülhməramlı missiyasını ATƏT-in Minsk Qrupunun uyuduğu məzarlığa gömmək istəyirik;
– Ermənistan nə qədər sülhdən dəm vursa da, "arsax" ideologiyasından əl çəkmir;
EKZİSTENSİAL TƏHDİD
İndi başlıqdakı sualın cavabını verək. Ekzistensial təhdid hər hansı bir obyektin gələcək mövcudluğunu sual altında qoyur. Bu da fövqəladə tədbirlərin görülməsini tələb edir ki, süqutun qarşısı alınsın. Ararat Mirzoyanın bu termindən istifadəsi birbaşa Bakıya mesajdır ki, İrəvan "arsax"ın qorunması naminə hər şey edəcək. Lakin Azərbaycan buna qarşıdır. Bəs güclərin balansı necədir?
– Azərbaycan NATO və KTMT üzvü deyil. Lakin Türkiyə ilə hərbi müttəfiqliyi şərtləndirən Şuşa bəyannaməsi mövcuddur. Pakistan və İsrailin də dəstəyinə bel bağlamaq olar;
– Ermənistan KTMT sədridir və hazırda Fransa, Rusiya, İranın "qırmızı xətti"dir, yəni himayə olunur;
– Güclərin belə nisbətində Ankara ilə Bakı "Leonid və 300 spartalı"nı xatırladır;
– Əgər düşmən koalisiyanın "arsax" tələbləri artsa, Azərbaycan Qərbi Zəngəzur tələbi ilə cavab verə bilər;
Təzadlar çoxdur. Məsələn Türkiyəyə görə NATO dəstəyinə ümid ediriksə, ermənilər də Fransaya görə adıçəkilən alyansdan yardım intizarındadırlar. Rusiya ilə müttəfiqlik bəyannaməmiz var deyə Kreml hücumundan sığortalandığımızı düşünürüksə, Ermənistan da KTMT-yə görə Moskvanın Azərbaycana hücum əmri verəcəyi qənaətindədir. Amma Ukraynadakı savaşa görə ABŞ və Britaniya Rusiyanı çökdürə bilsə, nə fransız xoruzu banlaya, nə də İran pişiyi quyruq bulaya biləcək. Çökdürülən rus ayısı da ya zoopark, ya da sirkləri bəzəyəcək.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 07 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu xəbər az son xeber xəbərlər.com