İrəvanın riskli manevri: Papikyan Laricani ilə nə danışıb? – Regionda yeni gərginlik siqnalları

İrəvanın riskli manevri: Papikyan Laricani ilə nə danışıb? – Regionda yeni gərginlik siqnallarıABŞ prezidenti Donald Tramp administrasiyası Vaşinqtonda "yeni Yaxın Şərq və Qafqaz" xəritəsini formalaşdırmaq və Ermənistanla Azərbaycan arasında tarixi barışığı möhkəmləndirmək istiqamətində son addımlarını atdığı bir vaxtda, regiondan bu həssas balansı poza biləcək siqnallar gəlməkdədir. Ermənistanın müdafiə naziri Suren Papikyanın 23–25 fevral 2026-cı il tarixlərində Tehrana səfəri ABŞ diplomatiyasının gözləntiləri ilə ziddiyyət təşkil edən addım kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, Cənubi Qafqazı ABŞ nəzarətində tranzit mərkəzinə çevirməyi hədəfləyən TRIPP layihəsi fonunda İrəvanın bu diplomatik gedişi Vaşinqtonda strateji ikili oyun kimi dəyərləndirilə bilər.
Ağ Evin mövqeyinə əsasən, Papikyanın İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ali Laricani ilə görüşü Trampın regionla bağlı formalaşdırdığı siyasi arxitektura üçün birbaşa təhdid kimi görünür. ABŞ-ın 2026-cı il strategiyası İranın təcrid edilməsinə və onun tranzit dəhlizlərinə təsirinin minimuma endirilməsinə əsaslanır. ABŞ-dan iri investisiya və hərbi-texniki dəstək vədləri alan Ermənistanın bu addımı "oyun qaydalarının pozulması" kimi qəbul edilə bilər.
İrəvanın riskli manevri: Papikyan Laricani ilə nə danışıb? – Regionda yeni gərginlik siqnallarıVaşinqtonda bu səfər təkcə "kəşfiyyat xarakterli addım" kimi deyil, həm də gələcəkdə həssas texnologiyaların sızması riski kimi qiymətləndirilir. Əgər Ermənistan Qərbin təhlükəsizlik sisteminə inteqrasiya edərsə, onun İranla hərbi əlaqələri "qırmızı xətt" hesab olunur. Bu səbəbdən Tramp administrasiyası İrəvanı sərt seçim qarşısında qoya bilər: ya tam loyal siyasət, ya da iqtisadi yardım paketinin yenidən nəzərdən keçirilməsi.
İran üçün isə Papikyanın səfəri və Laricani ilə görüşü diplomatik baxımdan "hava nəfəsi" rolunu oynayır. Tehran bu prosesdə iki əsas məqsəd güdür. Birincisi, Zəngəzur üzərindən hər hansı dəhlizin yaradılmasına qəti etiraz edir və Ermənistanla sərhədlərin dəyişməz qalmasını tələb edir. İran rəsmilərinin "sərhədlərin toxunulmazlığı" ilə bağlı açıqlamaları Vaşinqtona birbaşa xəbərdarlıq kimi qiymətləndirilir.
İkincisi, İran üçün həyati əhəmiyyət daşıyan məsələ Ermənistan ərazisinin ABŞ tərəfindən kəşfiyyat və ya mümkün hücum əməliyyatları üçün istifadə edilməməsinə dair təminatların alınmasıdır. Papikyanın bu yöndə verdiyi mesajlar Tehrana müəyyən zəmanətlər təqdim edir ki, bu da ABŞ-ın "maksimum təzyiq" siyasəti ilə ziddiyyət təşkil edir.
Məqalədə qeyd olunur ki, Azərbaycan da bu səfəri diqqətlə izləyir. Yekun sülh sazişinin imzalanması ərəfəsində olan Bakı üçün Ermənistanın Tehranla yaxın təmasları onun hələ də "köhnə regional düzənin qüvvələri" ilə əlaqələri qoparmadığı anlamına gələ bilər. Bu isə danışıqlarda Bakının əlini gücləndirən əlavə arqument rolunu oynaya bilər.
Bakı beynəlxalq ictimaiyyət və şəxsən Donald Tramp qarşısında Ermənistanı "etibarsız və proqnozlaşdırılması çətin tərəfdaş" kimi təqdim etmək üçün bu əlaqələrdən istifadə edə bilər.
Məqalənin yekununda vurğulanır ki, Suren Papikyanın Tehrana səfəri regional sabitliyin təməlində ciddi çatlar yaradıb. Tramp dövründə çoxvektorlu xarici siyasət getdikcə daha təhlükəli və riskli xarakter alır. Ermənistan yenidən Vaşinqton və Tehran maraqlarının toqquşduğu "boz zona"ya çevrilmək riski ilə üz-üzədir.
Bu isə regionu yenidən qeyri-müəyyənlik mərhələsinə qaytara, iqtisadi layihələrin yerini hərbi qarşıdurmalara buraxa bilər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 26 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər kriminal son xeber.az