İrəvanla Bakı arasında Moskva ilə Parisin VASİTƏÇİLİK mübarizəsi - Politoloqdan FƏRQ

İrəvanla Bakı arasında Moskva ilə Parisin VASİTƏÇİLİK mübarizəsi - Politoloqdan FƏRQRusiyanın vasitəçiliyi ilə yeni üçtərəfli sammitin keçirilməsinə ehtiyac varmı?
"Rusiyanın vasitəçiliyi lazımdırmı sualına cavab verməzdən öncə biz Fransanın destruktiv və pozucu cəhdlərini görmüş oluruq və bunun fonunda Rusiyanın mövqeyi daha konstruktiv görsənir".
Bunu KONKRET.az-a özəl açıqlamasında politoliq İlqar Vəlizadə bildirib. Onun cavabının davamı belədir:
"Təəssüflər olsun ki, Fransa açıq ermənipərəst mövqedə durur və regionda vasitəçilik missiyasını həyata keçirtmək niyyətindədir. Ancaq iş orasındadır ki, bu istək erməni lobbisi və Ermənistanın siyasi hakimiyyətinin istəyindən başqa bir şey deyil. Ermənilər Fransadan istifadə edərək bölgədə öz maraqlarını təmin etmək istəyirlər. Bu, Fransanın maraqları deyil. Rəsmi Parisin uzunmüddətli maraqlarına zidd olan bir mövqedir. Niyə? Çünki Fransanın maraqları Azərbaycanla münasibətlərin qurulmasından keçir. Digər tərəfdən, Fransanın Azərbaycanda iri iqtisadi maraqları var. Təəssüf ki, Fransa Prezidenti buna fikir vermir".
Demək olar ki, Makron erməni lobbisinin maraqları ilə oturub-durur. Belə düşünən İlqar Vəlizadə Rusiyanın mövqeyindən də bəhs edib:
"Kreml daha çox ehtiyatla davranır. Və Rusiyanın mövqeyi açıq görünür. Düzdür, burada da müəyyən anlaşılmazlıq və suallar var. Lakin dialoq vasitəsilə biz bu suallara cavab tapa bilirik. Hər halda dialoq gedir və bəzi hallarda nəticələri də olur. Yəni müşahidə edə bilərik ki, Rusiya Azərbaycan ilə təzyiq yolu ilə danışmır. Bizim regional məsələlərə dialoq prizmasından baxır. Və hələ ki, ermənilərin nazı ilə oynamır. Ona görə də düşünürəm ki, bu vasitəçiliyin də real təsirləri ola bilər".
Politoloqun sonda vurğuladığı kimi, vasitəçiliyin hansı ölkələrdə olmasından asılı olmayaraq bu missiya beynəlxalq norma və prinsiplərə arxalanmalıdır:
"Rusiya Qarabağı Azərbaycan torpağı kimi tanıyıb, Fransadan fərqli olaraq! Bu mövqe danışıqlarda da sərgilənsə, bu, yalnız işin xeyrinə ola bilər", – deyə politoloq cavab verib.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 13 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


yeni xeberler azerbaycan xeberleri son xeberler idman xeberleri xəbərlər krminal bu gun xəbər