İş dünyası dinamikdir, köhnə uğurlara bağlı olanları sevməz

İş dünyası dinamikdir, köhnə uğurlara bağlı olanları sevməzİş dünyası dinamikdir, köhnə uğurlara bağlı olanları sevməz
Fəxri Ağayev yazır...
İşləyən hər bir insan bir gün səhər işə gələndə acı bir həqiqətlə qarşılaşa bilər: O, artıq şirkətin ən lazımlı, ən gündəmdə olan işçisi deyil.
Beş il öncə şirkətdə sürətlə irəli gedən, yüksələn, firma uğurlarında payı olan insan öncəki nailiyyətlərinə bağlı qalaraq rahatlayır. Nailiyyətərinə güvənən və rahatlamağa başlayan insanın bu mərhələdə öncə sürəti zəifləyir, daha sonra da zehni və fiziki ağırlaşma başlayır. Müasir gedişatı izləmir, peşəkar əhatəsini genişləndirmir, sahəvi və dəstəkləyici biliklərini gücləndirmir və bir müddət rahatladıqdan sonra çəkilir beynində qurduğu mağaraya.
Dəyərli mütəxəssislər, orta idarəçilər, rəhbərlər! Bundan sonra yazılanları diqqətlə oxuyun!
Daim Azərbaycanda müxtəlif sahələrdə işləmiş insanlarla ünsiyyətdə oluram və işsiz qalan, işdən ayrılan minlərlə şəxsdə diqqət etdiyim ortaq həssas məqam var - illərlə işlədikləri şirkətlərdən inciyirlər: "Canımı verdim, məni işdən çıxardılar. İllərimi orda keçirdim, sıfırdan işi quranlardanam, amma indi işsiz qaldım. və s." 
Baxın, illərinizi verdiniz – əla. Amma maaş aldınız o dövrdə. Və əgər işinizdən və imkanlardan, şəraitdən narazı idinizsə, artım tələb edə bilərdiniz və ya başqa iş axtara bilərdiniz. Amma siz qalmağı seçdiniz.
Öncəki uğrularınız üçün sizi təriflədilər, təşəkkür etdilər, bunun üçün maaş aldınız və o nailiyyətlər artıq qaldı keçmişdə. İş dünyası dinamikdir və əsla köhnə uğurlara, nailiyyətlərə, fəaliyyətə bağlı olanları sevməz. Və əgər bu gün artıq peşənizin, şirkətin, dövrün, bazarın tələblərinə cavab vermirsinizsə, sizi heç bir şirkət keçmiş uğurlarınıza görə saxlamaz. 
Bir digər şikayət mövzusu: İllərlə işlədim, canımı verdim, amma şirkət məni inkişaf etdirmədi, məni təlimlərə göndərmədi.
Şirkətlər heç kimi inkişaf etdirməli deyil. Şirkətin o günə olan dövrü üçün sizin bilikləriniz kifayət edirdi, ona görə də inkişaf etdirmədi.
Peşəkar inkişaf mövzusunda mühüm məqam: İnsanın inkişafı onun şəxsən özünün problemidir.
Digər diqqətimi çəkən məqam insanın illərlə bir şirkətdə işləyərək o şirkətin damı altında "gizlənməsidir". 
İllər keçir və insan peşəsinin adamı deyil, filan şirkətin adamı kimi tanınır. Bu da başqa qapanma formasıdır. Şirkətdə rəhbərlik dəyişəndə və o dam aradan qaldırılanda, insan özünü ilk anlarda çox zəif və qorumasız hiss edir. Fərqli səbəblərə görə şirkətlərdə rəhbərlik dəyişə bilər. 10 il bir yerdə rahat işlədikdən sonra rəhbər dəyişir və yeni idarəçi köhnə komandanın bu gün üçün artıq effektiv olmadığına qərar verir. Bu biznesdə normaldır və sıx qarşılaşdığımız bir haldır. 
Bütün bunların nəticəsində isə 35 yaşlı bir insanın düşdüyü vəziyyətə baxın: 
- İllərlə işləyib və canını şirkətə verib, ancaq bu günün tələblərinə cavab vermədiyi üçün işsiz qalır; 
- İllərlə "işim artıq var" deyə rahatladığı üçün həm də peşəkar inkişafına zaman ayırmayıb və real əmək bazarında mütəxəssis olaraq dəyəri azalıb. Buna əlavə olaraq gənclərlə rəqabətdə ciddi şəkildə geridədir – müasir peşəkar bilik, bacarıq və enerji baxımından; 
- Peşəsinə görə deyil, işlədiyi şirkətə görə tanınıb. Şirkət də onunla yollarını ayırıb;
- İllərlə rahat oturduğuna və gündəlik rutin işləri etdiyinə görə insan çevikliyini itirib.
Bunları yaşamamaq üçün hər kəsə şiddətli tövsiyələrim bunlardır: 
- İnkişafınızı, gələcəyinizi, ailənizin rifahını şirkətlərə, rəhbərlərə etibar etməyin; 
- Məqsədləriniz olsun – peşəkar inkişaf, karyera, peşəkar çevrənizin gücləndirilməsi və əhatənizin artırılması ilə bağlı. Bu məqsədlərə əsaslanan dəqiq planlar hazırlayın 
- Daim, durmadan, davamlı inkişaf edin. Peşəkar inkişafınız sizin vərdişiniz halına gəlməlidir; 
- Özünüzə bir dost-mentor seçin. Sizdən yaşca böyük, daha təcrübəli və savadlı insan. Sizi kənardan izləsin, müşahidə etsin və dəstək olsun; 
- Şirkət və ya sahə adamı olmayın, peşə adamı olun. Bunun üçün də növbəti maddəyə baxın; 
- Çevrənizi genişləndirin, tədbirlərdə iştirak edin, ölkədə tanınan iş adamları və idarəçilərlə tanış olun və netvorkinqə zaman, enerji və vəsait ayırın. Güclü olun. Şirkətə, brendə bağlı olmayın, özünüzü brend edin.
Güc sizin daxilinizdə olsun – bilik, bacarıq və təcrübələrinizdə. Heç kimin sizdən əsla ala bilməyəcəyi ən böyük sərmayə də məhz elə bu ikisidir: biliklər və peşəkar əhatə. /oxu.az

Sosial       Tarix: 22 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun bu gunun xeberleri haqqinda melumat sou xeberler bugun gunun xeberleri