İsa Məsihin homoseksual kimi təqdim edildiyi filmin yaradıcılarına "Molotov kokteyli" atdılar
İsa Məsihin homoseksual kimi təqdim edildiyi filmin yaradıcılarına "Molotov kokteyli" atdılar
İsa Məsihin homoseksual kimi təqdim olunduğu filimin yaradcısı "Porta dos Fundos" şirkətinə "Molotov kokteyli" ilə hücum olub.
Hadisə ilə bağlı Rio de Janeyro polisi araşdırmalara başlayıb.
Bu barədə BBC xəbər verib.
Portuqaliya dilində təqdim olunan 46 dəqiqəlik "İsanın ilk tamahı" ("The First Temptation of Christ") filmi "Netflix Brazil" platformasında dekabrın əvvəllərində təqdim olunub.
Kadrlarda İsa Məsihin öz ailəsini yeni oğlan dostu Orlando ilə tanış etməsi əks olunub.
Film əhalisinin əksəriyyətinin katoliklər olduğu Braziliyada dini qrupların və liderlərin kəskin tənqidinə səbəb olub. 2,3 milyondan çox insan lentin platformadan çıxarılmasını tələb edən petisiya imzalayıb. Braziliya prezidentinin oğlu Eduardo Bolsonaru da ictimai tənqidlərə qoşulub.
Hücumdan sonra "Böyük Braziliya İnteqrasiya Ailəsinin Xalq Millətçi Üsyan Qərargahı" adlandıran bir qrup hücumun məsuliyyətini öz üzərinə götürərək, bu barədə sosial şəbəkədə video yayımlayıb.
Təşkilat Netflixi də tənqid edir və "Məsihin ilk tamahı" filmini küfr adlandırır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb