İşəgötürənlərə xəbərdarlıq: İşçini işdən çıxaranlar cəzalandırılacaq - VİDEO

İşəgötürənlərə xəbərdarlıq: İşçini işdən çıxaranlar cəzalandırılacaq - VİDEOKoronavirusa görə əməkdaşlarını işdən çıxaran işəgötürənlər cəzalandırılacaq. Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Mehman Abdullayev - Əmək Müfəttişliyinin əməkdaşı: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar olaraq elan olunmuş karantin dövründə əmək müqaviləsi bildirişləri alt sistemini mütəmadi nəzarətdə saxlayır. Məqsəd qanunsuz olaraq işçilərin əmək müqaviləsinə xitam verilməsinin qanunsuz ixtisarların aparılmasının qarşısının alınmasıdır".
Bununla bağlı Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərsə də, hələ də işəgötürənlər tərəfindən müəyyən qanun pozuntuları müşahidə edilir. Ekspertlər bildirir ki, ixtisar aparmaq üçün mütləq əvvəlcədən işəgötürənin əsaslandırılmış əmri olmalı, əmək məcəlləsinin 77-ci maddəsinə əsasən əvvəlcədən işçiyə xəbərdarlıq edilməlidir. Və ancaq bundan sonra lazımi təminatlara əməl etməklə ixtisarlar aparıla bilər.
Mais Əliyev - Sosial Hüquqların Araşdırılması Birliyinin sədri: "Çox təəssüflər  olsun ki, bizə edilmiş müraciətlərdə sadəcə olaraq adi bir xəbərdarlıq məktubu göndərilir. Məktubda qeyd edilir ki, ayın neçəsindən sizin ştatınız ixtisar oluanacq, lakin hansı səbəbdən, hansı obyeltiv əsaslardan olduğu məlum deyil".
Bununla yanaşı toplanmış materiallar göstərir ki, bu günlərdə bir neçə işəgötürənlər tərəfindən yeni əmək müqaviləsi açılıb və bir neçə gün sonra həmin müqaviləyə xitam verilib.
Həsənova İlhamə - Hüquqşünas: "O tipli əmək müqavilələrinin bağlanmasının məqsədi yalnız ondan ibarət olub ki, həmin şəxslərin ölkə ərazisində hərəkət sərbəstliyi təmin olunsun".
Bununla yanaşı müşahidələr onu göstərir ki, işəgötürənlər pandemiya şəraitində məcburi məzuniyyətdə olan işçilərə yenidən məzuniyyət vermək istəmir.
Mais Əliyev - Sosial Hüquqların Araşdırılması Birliyinin sədri: "Və məndə olan məlumata görə artıq işə götürənlər həmin işçilərin ərizələrini dəyişdirib sanki onların növbəti məzuniyyəti kimi karantin dövründə verdikləri məzuniyyəti növbəti məzuniyyət kimi rəsmiləşdirməyə başlayıblar. Təbii ki, buda düzgün deyil".
Həsənova İlhamə - Hüquqşünas: "Məsələn, əgər bir işçi müəyyən bir məzuniyyətə gedirsə və yaxud xəstəliklə bağlı işə çıxa bilmirsə lakin onu hansısa bir işçi əvəz etməlidirsə bu halda əgər həmin hallar mövcud olmadan bir əmək müqaviləsi bağlanırsa bir həfətlik, yaxud 10 günlük artıq bu özü də kütləvi hal alırsa təbiiki, bu əmək qanunvericiliyinin müddəalarının  pozulması kimi qiymətləndirilməlidir".
Mehman Abdullayev - Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı: "Həmin işəgötürənlərə məktublar ünvanlanmışdır aidiyyətı üzrə həmin xitamın əsaslandırılması üzrə bu cür  hallardan sui istifadə edən işəgötürənlər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilir".
Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək qanun pozuntusuna yol verən, "Əmək müqaviləsi bildirişi" altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək.

Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 28 may 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber cəbhədən video idman xeberleri siyaseti xeberler bugun