İşgəncələrə Qarşı Azərbaycan Komitəsi "Human Rights Watch" təşkilatına etiraz etdi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi "Human Rights Watch" təşkilatına etiraz etdiİşgəncələrə Qarşı Azərbaycan Komitəsi "Human Rights Watch" təşkilatına etiraz etdi
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi "Human Rights Watch" təşkilatının Azərbaycanın guya hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarına öz etiraz bəyanatını yayıb.
Komitədən verilən məlumata görə, bəyanatda bildirib ki, adıçəkilən təşkilatın açıqladığı hesabat tam qərəzli və qeyri-obyektivdir:
"Təəssüflə bildiririk ki, təşkilat tərəfindən Azərbaycanın erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat qeyri-obyektivdir və heç bir həqiqəti əks etdirmir.
Biz İşgəncələrə Qarşı Azərbaycan Komitəsi olaraq hələ birinci Qarabağ müharibəsindən bu günə qədər dəfələrlə Azərbaycana könüllü keçmiş ailələrlə, ağ bayraq qaldıraraq təslim olmuş, əsir düşmüş hərbi diversantlara və mülki şəxslərə saxlandıqları yerlərdə baş çəkmişik, onlarla təkbətək görüşlər keçirmişik, saxlanma şəraiti ilə və onlara qarşı rəftarla maraqlanmışıq.
Qətiyyətlə bildiririk ki, həmin əsirlərlə Cenevrə Konvensiyasının tələblərinə tam uyğun qaydada davranılıb. Lakin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girov götürülən şəxslərə verilən işgəncələr, həmin şəxslərə qarşı sübuta yetirilmiş şərəf və ləyaqəti alçaldan davranış, işgəncə və cəza növlərinə görə onlarla cinayət işi açılsa da, bəzi beynəlxalq təşkilatlar bu faktlara göz yumur və yummaqdadır.
Çox təəssüf ki, Ermənistan tərəfi dəfələrlə Azərbaycanlı əsirlərə qarşı qeyri insanı rəftar, işgəncə, şərəf və ləyaqəti alçaldan davranış və cəza növlərindən istifadə edib. Öz dədə-baba yurdlarını ziyarətə gedərkən erməni hərbçiləri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülərkən işgəncələrə məruz qalması barədə yayımlanan kadrlar, İkinci Qarabağ müharibəsi zamanı yaralanaraq ermənilər tərəfindən əsir götürülən hərbi qulluqçularımıza verilən işgəncələrlə bağlı erməni tərəfinin yaydıqları videogörüntülər nədənsə həmin qərəzli bəyanatlar yayan təşkilatalrın marağında deyil.
Ermənilərin marağına xidmət edən bu cür təşkilatlar düşmənin cinayətlərini ört-basdır etməklə Azərbaycana qarşı şər-böhtan xarakterli məlumatlar yayaraq ölkəmizə qarşı təzyiqlər etmək istəyir".
Bəyanat ingilis və rus dillərinə tərcümə edilərək bütün beynəlxalq təşkilatlara ünvanlanacaq. /oxu.az

Sosial       Tarix: 23 mart 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 sonxeber bu gunun xeberleri son xeberler bugun 2026 azerbaycan