İŞİD əmirinin azərbaycanlı arvadı təhlükəli terrorçularla bağlı sirləri açdı

İŞİD əmirinin azərbaycanlı arvadı təhlükəli terrorçularla bağlı sirləri açdıXəbər verdiyimiz kimi, İŞİD-in "Türkiyə əmiri" olmuş Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova ötən ilin oktyabrında Suriyadan Türkiyəyə keçib və təslim olub.
Azxeber.com virtualaz.org-a istinadən xəbər verir ki, o, istintaqla sövdələşməyə gedərək, bir sıra təhlükəli terrorçuların barəsində məlumat verib və dekabrın sonlarında məhkəmə Ü.Məmmədovanı azad edib.
O, özünün bildirdiyi kimi, Azərbaycanda imkanlı ailənin qızı olub, atası polkovnikdir və Mustafa Dokumacı ilə internetdə tanış olub, Türkiyəyə gedərək onunla evlənib və daha sonra əri və uşaqları ilə birlikdə Suriyaya gedib.
İŞİD daxilindəki "Dokumacılar qrupu"nun rəhbəri olan Musfata Dokumacı ötən il pilotsuz aviasiyanın zərbəsi ilə məhv edilib. Həmin qrupun üzvləri 2015-ci ildə Ankara dəmir yol vağzalında 100-dən çox adamın həlak olması ilə nəticələnən terror hücumunu törətmişdi.
Türkiyə mətbuatı Ülkər Məmmədovanın istintaqa bir neçə təhlükəli İŞİD terrorçusu barədə məlumatlar verdiyini yazır. Onlar Türkiyədən olan terrorçulardır və başlarına milyonlarla lirə mükafat təyin edilib.
Ü.Məmmədova Gaziantep Terrorla Mübarizə İdarəsinə verdiyi ifadədə Adıyaman bölgəsindən olan "Selman" ləqəbli İŞİD kəşfiyyat əmiri haqda danışıb.
"İlk dəfə 2015-ci ildə Suriyanın Telabyad bölgəsində görmüşəm. Salman adlı şəxsin geydiyi "əfqani" qara rəngli idi. Qara rəngli "əfqanini" əsasən İŞİD-in kəşfiyyatçıları geyinirdi. Ən son onu İdlibdə gördüm. Sonuncu dəfə görəndə saçları uzanmışdı, kökəlmişdi, yanında bir gənc qadın, qadının da qucağında körpə vardı", - Məmmədovanın ifadəsində deyilir.
Ü.Məmmədova habelə 2014-cü ildə iki İŞİD yaraqlısı ilə birlikdə Gaziantepdə tutulan, lakin məhkəmənin "yaxşı davranışa görə"  cəzasını endirib çox keçmədən azadlığa buraxdığı İŞİD cəlladı Ahmet Güneş haqda da danışıb.
İddia edib ki, həmin şəxsin üzərində heç vaxt qılınc (İŞİD-çilərin baş kəsmək aləti) görməyib, amma onun tapança daşıdığını görüb.
"2017-ci ilin sonlarında bombardman zamanı ölüb. Meyitini görməmişəm, amma qəbrini görmüşəm", - azərbaycanlı qadın bildirib.
Ü.Məmmədova Gürcüstandan Türkiyəyə deportasiya edilsə də, qaçıb Suriyaya keçən digər İŞİD əmiri Nusret Yılmaz haqda da məlumat verib. Onun İŞİD daxilində "Fursan əl-Xilafi" bölüyünün əmiri olduğunu deyib.
"2017-ci ildə dron zərbəsi ilə öldürüldü. Dron vuranda üzərində daşıdığı partlayıcı da partlamışdı və bədəni parça-parça olmuşdu", - o deyib. Nusret Yılmaz Türkiyə Daxili İşlər Nazirliyinin ən çox axtarılan terrorçular siyahısındadır, yaxalanmasına yardımçı olanlara 10 milyon TL mükafat vəd edilir.
Ü.Məmmədova habelə 2014-cü ildə Suruçda keçirilən əməliyyatla yaxalanan, amma 5 ay sonra qaçıb Suriyaya keçən Mustafa Delibaşlar adlı İŞİD terrorçusunu da tanıyır. "Menbiç şəhərinin polis əmiri idi. 2016-cı ildə Menbiç mühasirəyə alınanda öldürüldü", - o deyib.

Sosial       Tarix: 03 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim sonxabar xəbərlər.com