"İşləmir də köhnə Məcəllə" – Natiq Cəfərlidən hökumətə ÇAĞIRIŞ

İqtisadçı Natiq Cəfərli Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər fonunda hökumətə müraciət edib. O, köhnə vergi sisteminin yeni iqtisadi modelə uyğun olmadığını bildirərək daha sadə və işlək Vergi Məcəlləsinin qəbul edilməsini təklif edib.
KONKRET.az müraciəti olduğu kimi təqdim edir:
"Hörmətli hökumət üzvlərinə müraciət.
Bu gün Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir – tədbir çox yüksək səviyyədə təşkil olunub.
Paralel olaraq bu günlərdə Milli Məclisə Vergi Məcəlləsinə növbəti əlavələr və dəyişikliklər təklif olunub – son 6-7 ildə məcəlləyə artıq 2000 dən çox əlavə və dəyişiklik edilib.
Bu gün keçirilən Forum Azərbaycanın böyük potensiala sahib olduğunu göstərir, amma, Vergi Məcəlləsini, iqtisadi "oyun qaydalarını" tez-tez dəyişmək potensial investor itgisidir. Prezident hər çıxışında ölkəyə investorların gəlməsini təşviq edir, yeni ideyalar və proqramlar təklif edir, amma, Vergi və Gömrük məcəlləsi, son vaxtlar qəbul edilən aşırı tənzimləyici qaydalar iqtisadiyyatın inkişaf sürətini azaldan əsas amillərə çevrilib.
Azərbaycanın iqtisadi qanunvericilik bazası köhnəlib – çünki, iqtisadi model dəyişməlidir, sənədlər isə buna imkan vermir. Əvvəlki təməl neft-qaz gəlirlərini büdcəyə ötürmək, büdcə layihələri hesabına iqtisadi böyüməni təmin etmək idi. İndi bütün nazirlər, məmurlar deyirlər ki, iqtisadiyyatın modelini dəyişirlər, daha çox qeyri-neft sektoru (bir daha – bu bölgü doğru, elmi deyil, "resurs və qeyri-resurs iqtisadiyyatı", yanaşması daha doğrudur) üzərinə inkişaf modelinə keçirlər. Lap yaxşı, dəstəklənilməli istəkdir, arzudur, doğru istiqamətdir – amma, bu yanaşmanı köhnə model üzərinə inşa etmək mümkün deyil axı?!
Xatırladım ki, 2024-cü il 29 noyabr tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında deyib ki, yeni Vergi Məcəlləsi üzərində iş aparılır. Hörmətli nazir Mikayıl Cabbarov da bəzi çıxışlarında yeni məcəllə haqqında danışıb. Üzərindən 2 ilə yaxın zaman keçib, amma, hələ də yeni vergi məcəlləsi yoxdur, özü də, Samirə xanım çıxışında demişdi ki, sitat: "Bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əks etdirən, qanunvericiliyin birmənalı şəkildə tətbiqinə imkan verən daha sadə məcəlləni hazırlayıb təhvil verəcəyik".
Təəssüf ki, yeni, sadə, işlək Məcəllə qəbul etmək əvəzinə hökumət yenə mövcud, məntiqi ardıcıllığı itmiş, 2000 dən çox dəyişikliklərə məruz qalmış, fəlsəfəsi anlaşılmaz olan, köhnə sistem üçün nəzərdə tutulan sənədə yenə əlavələr, dəyişikliklər etməyi təklif edib.
Bu israrın səbəbi nədir?! İşləmir də köhnə Məcəllə, niyə yeni, ardıcıllığı və məntiqi doğru təməllər üzərinə inşa edilən sənəd qəbul etmək istməmirlər?! İlk olaraq yeni Məcəllədə fəlsəfi yanaşma, təməl müəyyən edilməlidir. Ayrı-ayrı maddələrdənsə, sadə, ancaq dövriyyədən vergi sistemi tədbiq edilməlidir, iqtisadiyyatın müxtəlif istiqamətlərinə fiksə edilmiş dövriyyədən vergi qoyulmalı, pararlel olaraq da ümumi ancaq ƏDV saxlanılmalıdır – özü də, indiki 18% çoxdur, bunu 12%-ə qədər endirmək mümkündür.
Elmi terminlərlə yazmaq istəmirəm, çox sadə dildə fikrimi deyim: İqtisadiyyat istiqamətlərə ayrılır, geniş klastrlar müyyən edilir və ancaq dövriyyədən vergi tədbiq edilir:
1) İlk olaraq VÖEN-lə çalışanlar və mikro-kiçik-orta sahibkarlar anlayışı dəqiqləşdirilir, ƏDV-yə düşməyən dövriyyə 1 mln. manata qaldırılır, Bakı (Abşeron) üçün dövriyyədən 4%, digər bölgələr üçün 2% vergi müəyyən edilir, başqa bütün növ vergilər ləğv edilir (DSMF-dən başqa, orda da ciddi islahatlar olmalıdır),
2) Ardınca iqtisadiyyatın geniş mənada istiqamətləri və dövriyyədən vergi tədbiq edir, məslən, istehsalla məşğul olanlar – dövriyyədən 2% (bütn sahələr üzrə də 1 mln. manatdan sonra 12% ƏDV), tikinti ilə məşğul olanlar – dövriyyədən 5%, aqrar sahə – dövriyyədən 1%, ictimai iaşə – dövriyyədən 10%, ticarət – dövriyyədən 5%, turizm – dövriyyədən 5%, nəqliyyat və logistika – dövriyyədən 5%.
Neft-qaz, dağ-mədən, bir sözlə, təbii resurslarla məşğul olan və dövlətə məxsus olan sahələrdə xüsusi yanaşma, ayrıca bölmə ola bilər. Məni özəl sektor, sahibkarlıq maraqlandırır deyə, onları yuxarıda qeyd etdim.
Yeni Vergi Məcəlləsi kiçik bir kitabça halına gəlir, dili-üslübu aydın olur, bundan sonra da eyni yanaşma ilə yeni Gömrük Məcəlləsi qəbul edilir. Pararlel olaraq son 10 ildə qəbul edilmiş aşırı tənzimləmə üçün nəzərdəı tutulan, əlavə ödənişli icazə, sertifikat tələb edən bütün qurumlar ləğv edilir, Prezident yanında bütün bu məsələlərlə məşğul olan tək idarə yaradılır. Onlar da ödənişsiz fəaliyyət göstərir, cərimələmə funksiyaları olmur. Bir növ İctimai Nəzarət və Cəmiyyətlə Əlaqə – İNCƏ Xidməti yaradılır. Onların funksiyası ictimai qınaqla nəzarət etmək, bütün vətəndaşları bu prosesə cəlb etməkdir.
Yəni, məslən AQTA kafe-restoranları yoxlayır, tutalım düz işləyir, cərimə ilə qorxudub başqa ödəniş almır, onun funksiyası İNCƏ Xidmətə keçir, vətəndaş nəzarəti funksiyası işə düşür, kafe-restoran-sex-mağazalar keyfiyyətsiz mal satanda həmin müəssisələr ictimai qınaq obyektinə çevrilir, müştəri boykot edir, gəliri azalır, yəni, zatən onlara böyük maddi zərbə dəyir. Belə olanda, biznes özü maraqlı olacaq ki, müştəri məmnuniyyəti üçün çalışsın, maddi və mənəvi zərbə almasın.
Hə, bəzi vətəndaşlar bilərəkdən hansısa obyekti qaralamaq, yalan məlumat verməklə işlərinə mane olmaq istəsələr, onlara məhkəmə qərarı ilə ciddi pul cəzası kəsilməlidir, haqlı olanlara isə, əksinə, maddi mükafat verilməlidir.
Hörmətli hökumət üzvləri, lütfən, dünyanın və ölkənin dəyişdiyini görün, çəkinməyin, ictimai müzakirələr açın, qalib ölkənin, suverenliyi bərpa olunmuş məmləkətin yeni iqtisadi sistemini birgə yaradaq – bu zaman hamı qazanacaq, bir sözlə, iqtisadiyyata da, vətəndaşa da İNCƏ yanaşmaq dövrü çoxdan yetişib…"

Sosial       Tarix: 26 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda dörd avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Bakıda dörd müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirili

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, sentyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0348 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama

Bəzi geyim reklamlarında cəmiyyətin mənəvi dəyərlərinə uyğun olmayan görüntülərdən istifadə edilməsi əxlaqsızlığın təbliği ilə bağlı müzakirələrə səbəb olur. Xüsusilə internetdə və sosial şəbəkələrdə geniş yayılan rekla

Qaradağda palçıq vulkanı püskürüb

Qaradağ rayonunu ərazisində palçıq vulkanı püskürüb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata əsasən, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb

Deputat tıxaca görə iclasa gecikdi - "Üzr istəməlidirlər

"İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir". "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqlar

AMB faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq. xəbər verir ki, AMB-nin 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən, növbət

"Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur

"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - apreli

Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər

Son illərdə Bakıda mənzil almaq istəyən şəxslər üçün əraziseçimi əsas məsələlərdən birinə çevrilib. . Alıcılar mənzil seçərkən yalnız onun hazırkı qiymətini vəyaşayış şəraitini deyil, həm də yerləşdiyi ərazinin gələcək inkişa

Azərbaycanda bu sahəyə milyardlar qoyuldu

2026-cı ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən 12 milyard 677,8 milyon manat investisiya yönəldilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsini


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxabar beynelxalq bank mezenne xeberler bu qun