İsmayıllıda torpaq uçqunu - Ölən var
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Zərgəran kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.
NazirlikdənKONKRET.az-a verilən məlumata görə, dərhal çağırış ünvanına FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb.
Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və V. Əliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari
"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi və GROTTO Resort Azərbaycanda unikal əməkdaşlığa başlayır
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
"Bitcoin"in qiyməti 60 min dollardan aşağı düşüb
Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Ramil Şeydayev Rusiya klubuna keçə bilər
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi
Brent neftinin qiyməti 73,75 dollara düşdü
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, yaralılar var
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi