İsmayıllıda torpaq uçqunu - Yol bağlandı
İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib.
KONKRET.azApa-ya istinadən xəbər verir ki, son günlər yağan güclü leysan yağışları səbəbindən İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.
Bu gün səhər saatlarında sel zamanı hündür dağlardan gələn qalın lil qatı, torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb, təxminən 15 metr uzunluqda yolun üst qatı bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yolun təmizlənməsi üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb edilib.
Hazırda yağışın yağması səbəbindən torpaq uçqunu davam edir. Əraziyə gələn mütəxəssislər Lahıc və ətrafdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir.
Həmçinin, torpaq uçqunu nəticəsində yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb, Lahıc qəsəbəsinə və ətrafdakı kəndlərə elektrik enerjisinin verilişi dayanıb.
Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verib, yol bir neçə dəfə bağlanıb.


Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar