İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları ilə görüşlər davam edir
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və əməkdaşları Kürdmaşı, Qubaxəlilli və Xəlilli kəndlərində yaşayan qazilərimizi evlərində ziyarət ediblər.
Pandemiya qaydalarına uyğun baş tutan ziyarətdən məmnun qalan qazilərimiz və ailə üzvləri ilə söhbət edilib. Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışaraq öz təəssüratlarını bölüşüblər. Ailə üzvləri onlarla qürur duyduqlarını qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkürlərini bildiriblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi" yaradılıb. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütəmadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Qeyd edək ki hər üç kənddə yaşayan 6 hərbi qulluqçumuz Vətən Müharibəsi döyüşlərində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. RİH başçısı 44 günlük müharibədə İsmayıllıların qəhrəmanlıqlarından qürur duyduqlarını, bu qüruru yaşatdıqları üçün rayon ictimaiyyəti və öz adından onlara minnətdar olduqlarını bildirib və şəhidlərimizə Allahdan rəhmət diləyib.













Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
Bərdədə ağır qəza: qadın öldü