İspaniyadan ABŞ-a AĞIR ZƏRBƏ: İranla bağlı elə bəyanat yaydı ki
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
KONKRET.az xəbər verir ki, onun bəyanatını El Pais nəşri yayıb.
Hökumət başçısı ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa və diplomatik danışıqlara qayıtmağa çağırıb. Sançes bildirib ki, İspaniya İran rejimini qınasa da, münaqişə tərəflərinin atdığı addımlar beynəlxalq hüquqa ziddir.
"Bu böhran hamımıza təsir edir və biz ABŞ, İran və İsraildən gec olmadan dayanmaq üçün qətiyyət tələb edirik. Bir qanunsuz hərəkətə başqa bir qanunsuz hərəkətlə cavab vermək olmaz; bəşər tarixində ən böyük fəlakətlər məhz belə başlayır… Qısası, İspaniya hökumətinin mövqeyini "Müharibəyə yox" sözləri ilə ifadə etmək olar", – deyə Baş nazir vurğulayıb.
Sançes həmçinin ABŞ-ın rəhbərliyi ilə müttəfiqlərin İraqa qarşı apardığı müharibə ilə tarixi paralellər aparıb. O, qeyd edib ki, həmin əməliyyat regionda uzunmüddətli qeyri-sabitliyə səbəb olmuşdu.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK
Dizel bahalaşacaq, sonra ucuzlaşacaq