İsrail İranın nüvə obyektlərinə zərbə endirəcək
İsrail İranın nüvə obyektlərinə potensial zərbə endirmək üçün öz silahlı qüvvələrinin hazırlığına 5 milyard şekel (1,5 milyard dollar) ayırmaq niyyətindədir. Bu xəbəri İsrail televiziyasının 12-ci kanalı yayımlayıb.
Nəzərdə tutulan vəsaitə ölkənin əvvəlki büdcəsindən 3 milyard və gələn ay İsrail hökumətinin təsdiqləyəcəyi 2022-ci il büdcəsindən 2 miyard şekel daxildir. Vəsaitin möhkəmləndirilmiş yeraltı obyektlərə hücum üçün zəruri olan müxtəlif növlü təyyarələrin, PUA-ların və unikal növlü silahların alınmasına sərf ediləcəyi bildirilir.
İranın nüvə proqramı ilə bağlı oktyabrın 10-da açıqlama verən İsrailin baş naziri Naftali Bennet "İsrailin məsuliyyəti ondan ibarətdir ki, sözdə yox həqiqətdə İranın heç vaxt nüvə silahı olmayacağına əminlik yəqin etsin",- söyləyib.
Oktyabrın 13-də isə İsrailin xarici işlər naziri Yair Lapid Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken və BƏƏ-nin xarici işlər naziri şeyx Abadlla ben Zaid Əl Nahayyanla birgə mətbuat konfransında qeyd edib ki, İranla danışıqlarda itirilən hər gün Tehranı nüvə silahının hazırlanmasına daha da yaxınlaşdırır.
"Buna görə də, İsrail istənilən vaxt və istənilən yolla hərəkət etmək hüququnu özündə saxlayır. Bu yəhudi dövlətinin yalnız hüququ yox, həm də məsuliyyətidir",- Yair Lapid vurğulayıb.
///AzVision.az

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı