İsraildən Ukraynaya sərt ittiham: "Budur sizin minnətdarlığınız?"
İsrail və Ukrayna arasında diplomatik gərginlik pik həddə çatıb. İsrail parlamentinin Əmək və sosial təminat komitəsinin rəhbəri Mixal Voldiger rəsmi Kiyevi nankorluqda ittiham edərək, ölkəsinin bu vaxta qədər Ukraynaya göstərdiyi genişmiqyaslı yardımları xatırladıb.
KONKRET.azxəbər verir ki, Voldiger İsrailin Ukrayna üçün xəstəxanalar qurduğunu, döyüş sursatları, kaskalar və digər zəruri ləvazimatlar göndərdiyini bildirib. Lakin buna cavab olaraq Ukraynanın İsrailə qarşı sanksiyalar tətbiq etməklə hədələməsi Təl-Əvivdə kəskin etirazla qarşılanıb. İki ölkə arasındakı böhranın əsas səbəbi isə 30 min ton taxıl daşıyan "Panormitis" gəmisinin Hayfa limanına daxil olmasıdır. Kiyev bu yükün "oğurlandığını" iddia edərək, gəminin dərhal həbs edilməsini ultimatim formasında tələb edib.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK