İsrailin müdafiə naziri: "Trampın İrana təzyiqi "Hizbullah"ı çökməkdən xilas etdi"
İsrailin müdafiə naziri İsrail Katc ABŞ prezidenti Donald Trampın İran və Livan məsələlərini bir-birinə bağlamasının regional dinamikaya, xüsusilə də "Hizbullah"ın aqibətinə birbaşa təsir etdiyini bildirib. Nazirin sözlərinə görə, əgər bu iki cəbhə ABŞ-nin tələbi ilə birbaşa əlaqələndirilməsəydi, "Hizbullah" çoxdan çökəcəkdi.
KONKRET.az xəbər verir ki, Katc bu barədə İsrail mediasına verdiyi açıqlamada bəzi gizli məqamlara toxunub. O, qeyd edib ki, Tramp İran və Livanı "bir düyündə" birləşdirdikdən sonra İsrail Beyrutdakı binaların dağıdılmasını dayandırmalı olub. Nazir, "Bu əlaqənin yaranmasına görə təəssüf edirəm, amma bu, Amerika marağı idi. Onlar İranla danışıqlar imkanlarını irəlilətməyi çox istəyirdilər", — deyə bildirib.
Nazir vurğulayıb ki, ABŞ-nin bu strategiyası olmasaydı, "Hizbullah"ın çöküşü qaçılmaz olacaqdı. Onun fikrincə, ABŞ ilə tərəfdaşlığın üstünlükləri olsa da, bu cür məhdudiyyətlərlə də müşayiət olunur. Katc onu da əlavə edib ki, İsrailin "Hizbullah" zərərsizləşdirilməyənə qədər Cənubi Livandan və təhlükəsizlik zonasından geri çəkilmək niyyəti yoxdur və hərbçilərə bu mövqeləri qorumaq üçün uzunmüddətli tapşırıqlar verilib.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK