"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."

"İsrail üçün dost ölkələr yoxdur, maraqları var. Bu məsələdə mənim mövqeyim birmənalıdır. İsrail harada maraqlar təmsil olunursa, orada varlar, harada maraqların əleyhinədirsə, o dövlətlə də özlərini düşmək elan edirlər".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərardan danışarkən deyib.
Onun sözlərinə görə, İsrailin aldığı qərarın əslində heç bir hüquqi əsası və təsiri yoxdur: "Bütün dünya "erməni soyqırımı"nı tanısa nə olacaq ki? Türkiyədən nə kompensasiya ala biləcək, nə də Türkiyə siyasi qarşılığını ödətdiriləcək ölkə deyil. Bu səbəbdən kim tanıyır, tanısın, Türkiyəyə təsiri də olmayacaq. Sadəcə, bu, İsrailin siyasi qərarıdır. Görünən odur ki, Türkiyənin Qəzzada baş verən hadisələr, İsrailin bu hadisələrdəki neqativ rolunu beynəlxaq arenada qabartmasına cavab olaraq, fikirlərincə, tarixi hadisələrə 100 -115 ildən sonra siyasi qiymət verməyə çalışırlar. Məncə, İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki, indiki məqamda sizə lazımdırmı mənim "erməni soyqırımı"nı tanımağım? Bu dəqiqə az qalıb Ermənistan hökuməti özü bu iddiadan imtina edə, İsrail isə yapışıb".
T.Abbaslı vurğulayıb ki, Azərbaycan belə vəziyyətdə təbii olaraq qardaş ölkə Türkiyənin yanında olmalıdır: "Türkiyənin mövqeyi necə olacaqsa, Azərbaycanın da mövqeyi İsraillə münasibətlərinə baxmayaraq, eynən elə olmalıdır. Çünki İsrail bizi dost hesab edirdisə, bu qərarı verməmişdən qabaq gərək düşünərdi ki, dostlarını da yaxşı vəziyyətdə qoymur. Bu baxımdan Azərbaycan birmənalı olaraq Türkiyənin yanında olmalıdır, Türkiyənin atacağı addımlara həm regionda həm də beynəlxalq aləmdə tam dəstək verməlidir".

Siyasi       Tarix: 30 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundu

Ermənistan parlamenti Ermənistan ilə ABŞ arasında "Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini rəsmən ratifikasiya edib. xəbər verir ki, Ermənista

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xəbər iqtisadiyyat xeberleri bugun hava haqqinda