"İşsizin dostu" proqramından nə qədər şəxs faydalanır? - MÜSAHİBƏ

"İşsizin dostu" proqramından nə qədər şəxs faydalanır? - MÜSAHİBƏ"İşsizin dostu" proqramından nə qədər şəxs faydalanır? - MÜSAHİBƏ
Ölkəmizdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik olan "İşsizin dostu" ödənişli ictimai işlər proqramının icrası ilə bağlı suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin direktor müavini Emil İsmayılov cavablandırır.
- Emil müəllim, ötən il "İşsizin dostu" proqramından nə qədər insan faydalandı? 
- Ödənişli ictimai işlər proqramı Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunur və məşğulluğun təminatında önəmli rola malik olmaqla, əsasən də ilkin peşə hazırlığı, ixtisası olmayan, buna görə də iş tapmaqda çətinlik çəkən işçi qüvvəsini işsizlikdən qoruyur, ümumən məşğulluq imkanlarını artırır. 
Ödənişli ictimai işlərin təşkili 2019-cu ilin əvvəlindən "İşsizin dostu" proqramı əsasında Dost İş Mərkəzi tərəfindən yerinə yetirilir ki, bu da haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir. 
Proqram xüsusilə ötən il  koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirləri çərçivəsində üç dəfəyə yaxın genişləndirildi: proqram üzrə ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırıldı. Yəni əlavə olaraq 50 mindən çox iki aylıq müvəqqəti ictimai iş yerləri də yaradıldı və işsiz, işaxtaran şəxslər bu iş yerləri ilə təmin olundular. 
- Dövlət şirkətlərindəki ictimai iş yerlərinin DOST İş Mərkəzinə ötürülməsinə başlanıb. Bu barədə məlumat verərdiniz. Ümumilikdə hazırda "İşsizin dostu" proqramı nə qədər işçini əhatə edir? 
- Bəli, bu ilin əvvəlindən dövlət şirkətləri tərəfindən artıq 17 min ictimai iş yeri DOST İş Mərkəzinə ötürülüb. Hazırda 50 mindən çox şəxs əmək müqaviləsi ilə ödənişli ictimai işlərdə çalışır. Ümumilikdə bu il ərzində 56 min nəfərin ödənişli ictimai işlərə cəlb olunması nəzərdə tutulur. 
Dövlət şirkətlərindəki ictimai iş yerlərinin DOST İş Mərkəzinə ötürülməsi prosesinin bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, həmin işlərdə çalışan şəxslərlə bağlanılan bütün mülki-hüquqi  müqavilələr DOST İş Mərkəzi tərəfindən artıq əmək müqaviləsi ilə əvəz edilib. 
Bu da həmin şəxslərin gələcək əmək və sosial təminat, pensiya, məzuniyyət hüquqlarının, sosial sığorta sistemində iştirak etmək imkanlarının yaranmasına səbəb olur. 
Proqram üzrə ictimai işlərdə, o cümlədən dövlət şirkətlərindən ötürülmüş ictimai iş yerlərində  çalışan bütün işçilərin əməkhaqları da mütəmadi olaraq ödənilir. İctimai işlərin təşkili ilə bağlı da ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.
İcra Hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal-təsərrüfat idarə və birlikləri) "DOST İş Mərkəzi" arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən də ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür. 
- İşsiz şəxs ödənişli ictimai işlərdə çalışmaq üçün necə müraciət edir?
- Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Ona görə də işsiz şəxs ictimai işlərə cəlb olunması üçün ilk növbədə məşgulluq mərkəzərində işaxtaran və ya işsiz kimi qeydiyyata düşməlidir. 
Daha sonra yerli məşğulluq mərkəzinin müvafiq göndərişi əsasında həmin şəxslə DOST İş Mərkəzi tərəfindən əmək müqaviləsi bağlanılır. Hər bir əmək müqaviləsi də bildiriş formasında Nazirliyin "Əmək müqaviləsi bildirişi" üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
Qeyd edim ki, proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında həssas qruplardan olanlara, o cümlədən əlilliyi olanlara, şəhid ailəsi üzvlərinə, keçmiş məcburi köçkünlərə və b. üstünlük verilir.
- Proqrama cəlb olunan işsiz şəxslərə əsasən hansı işlər təklif olunur?
- Bu işlərə daxildir: sosial xidmətlərin göstərilməsi (əlilliyi olan şəxslərə, qocalara və uşaqlara qulluq və s.), ərazilərin ekoloji sağlamlaşdırılması (ictimai əhəmiyyətli yerlərdə yaşıllaşdırma işləri, meşə zolaqlarının salınması, parklara və ictimai yerlərə qulluq və s.), mənzil-kommunal xidməti (təmir, abadlaşdırma və s.) və ictimai xarakterli digər istiqamətlər. Pandemiya dövründə bu işlər sırasına dezinfeksiya işlərinin aparılması da daxil edildi.
- Postmüharibə dövrü üzrə Nazirliyin sosial dəstək tədbirlərinə nəzər salanda görürük ki, "İşsizin dostu" proqramı da bu sahədə öz dəstəyini göstərir.
- Tamamilə doğrudur. Bildiyiniz kimi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən geniş miqyaslı dəstək tədbirləri həyata keçirilir. 
Bu tədbirlərin bir istiqaməti də həmin vətəndaşların, eləcə də onların ailə üzvlərindən işsiz olan şəxslərin məşğulluq məsələlərinin operativ həllidir. "İşsizin dostu" proqramı da bu məsələlərin həllində öz dəstəyini göstərir. Postmüharibə dövründə şəhidlərin ailə üzvlərindən, müharibə iştirakçılarından, erməni terrorundan zərər çəkənlərdən ibarət yüzlərlə şəxs də proqram üzrə ödənişli ictimai işlərlə təmin olunublar.
- Proqramın təkmilləşdirilməsi ilə bağlı hansı hədəfiniz var?
- Bu sahədə əsas hədəfimiz odur ki, proqrama cəlb edilən şəxslər işlə təmin edilib aylıq əmək haqqı almaqla yanaşı, proqram üzrə işlədikləri bu və ya digər sahə üzrə ilkin peşə bilikləri, bacarıqlar da qazansınlar. Sonra isə artıq bu bilik və bacarıqlardan bəhrələnərək öz məşğulluqlarını özləri davam etdirə bilsinlər. 
Yəni ictimai işlər proqramı ilkin peşə, ixtisas hazırlığı olmayan işçi qüvvəsinin işlə təminatına imkan yaratdığı kimi, onların müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə çevrilməsinə də şərait yaradır. Bununla bağlı ayrı-ayrı qurumlarla birgə planlarımız var.
İlhamə Əbülfət /oxu.az

Sosial       Tarix: 17 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar