İştahı artıran, köplə mübarizə aparan - Hilin əvəzsiz FAYDALARI
Ədviyyatlar içərisində hil çox məşhurdur. Hətta orta əsrlərdə Avropada hil dərman hesab olunurdu və apteklərdə satılırdı.
Milli.Az medicina.az-a istinadən bildirir ki, hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini, əvəzsiz yağlı turşularla zəngindir. Belə zəngin tərkib hili bütün insanın orqanizmi üçün çox faydalı edir. Bu ədviyyat həzm prosesləri yaxşılaşdırır. Məhz bu səbəbdən bəzi şərq ölkələrində hilin toxumlarını yeməkdən sonra çeynəyirlər.
Bundan əlavə, hil ağızdan gələn pis qoxunu da yox edir. Hil ürəkbulanmasını aradan götürür. Ürəkbulanmasından əziyyət çəkən hamilə qadınlar hildən istifadə edə bilərlər. Hil iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, köplə mübarizə aparır, artıq çəkidən azad olmağa kömək edir.
Hil təbii antiseptikdir. Orqanizmdə olan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Soyuqdəymə xəstəlikləri zamanı onu mayelərə əlavə edib xəstəyə vermək olar. Hil ağız boşluğunda olan mikroblarla mübarizə aparır, diş ağrısını azaldır.
Angina, faringit zamanı hil dəmləmələri ilə qarqaralar çox yaxşı təsir edir.
Hil sinir sistemini möhkəmləndirir, insana depressiyalar, stress və nevrozlarla mübarizə aparmağa kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ