İstirahət günlərinin havası: 20 dərəcə isti olacaq
İstirahət günlərinin havası: 20 dərəcə isti olacaq
İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 7-i və 8-də Böyük və Kiçik Qafqazda hava şəraiti əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 13-18, dağlarda gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Aran rayonlarında hava şəraiti yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 14-19 dərəcə isti olacaq.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb