"İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ən arzuolunmaz nəticə verəcək" - Rusiya XİN
"İsveç və Finlandiyanın NATO-ya daxil olması hərbi sahədə vəziyyəti pisləşdirəcək və ən arzuolunmaz nəticə verəcək".
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko aprelin 14-də bildirib.
Onun sözlərinə görə, İsveç və Finlandiyanın neytral statusu onların Avropa İttifaqına yaxınlaşmasına və sonra ona üzvlüyə mane olmadı: "Şimali Avropada yaşayan xalqların fundamental maraqları baxımından hazırkı vəziyyət qorunmalıdır. Bu, hərbi sahədə vəziyyəti ciddi şəkildə pisləşdirəcək və qaçılması vacib ən arzuolunmaz nəticələrə gətirib çıxaracaq".
Nazir müavini deyib ki, Rusiya İsveç və Finlandiya ilə diplomatik təmasları dəstəkləyir: "Diplomatik təmaslar həmişə dəstəklənir. Bunun üçün səfirliklər fəaliyyət göstərir. Ancaq İsveç və Finlandiya sanksiyalara qoşulub, anti-Rusiya kampaniyasında iştirak edir, Qərbə yönəlib. Bu günün reallığı belədir".
A.Qruşko vurğulayıb ki, İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya təhlükəsizlik və müdafiəsini təmin etmək üçün bir sıra tədbirlər görməyə məcbur olacaq: "Həmin ölkələrin NATO-ya daxil olması hərbi-siyasi şəraitdə radikal dəyişiklik deməkdir".

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq