İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır - FOTO
İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır - FOTO
İsveçrə Yayım Korporasiyası tərəfindən yaradılan "SWI" onlayn xəbər nəşrinin (swissinfo.ch) İspan dilində olan versiyasında "Azərbaycan Prezidenti Qarabağ şəhəri olan Şuşanı mədəniyyət paytaxtı elan edib" adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi olaraq Şuşanı ölkənin mədəni paytaxtı elan etdiyi diqqətə çatdırılır. Ermənistanla Qarabağ müharibəsində Azərbaycanın Zəfər çaldığı qeyd olunur.
İsveçrə nəşri yazır ki, Şuşa 28 il erməni işğalı altında olub və 2020-ci il noyabrın əvvəllərində Azərbaycan tərəfindən azad edilib, bununla da Ermənistanla 44 günlük müharibənin bitməsi sürətləndirilib.
Məqalədə məşhur Azərbaycan yazıçıları, rəssamları və musiqiçilərinin beşiyi olan Şuşanın tarixi və mədəni əhəmiyyəti barədə məlumat təqdim olunur. "SWI" 1908-ci ildə müsəlman dünyasında ilk "Leyli və Məcnun" operasını yazan Üzeyir Hacıbəylini yad edir.
1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin tarixi hissəsinin "tarixi və memarlıq qoruğu" elan edilməsinə qərar verildiyi, bunun da öz növbəsində abidələrin qorunması üçün mühüm addımların atılmasına imkan yaratdığı qeyd edilir.
İsveçrə nəşri yazır ki, hazırda şəhərə, tarixi və mədəni irsinə və təbiətinə vurulmuş ziyanın hesablanmasından sonra rəsmi Bakı Şuşa şəhərinin yenidən qurulmasına başlayıb. Mədəniyyət abidələri, dini məbədlər, məscidlər və iki kilsə (erməni və pravoslav) bərpa olunur, Şuşaya ən yaxın beynəlxalq hava limanının yerləşəcəyi Füzuli şəhərindən iki yol çəkilir.

Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar