İtaliya-Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək
"Mən Prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş vermişdim ki, Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin, onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub Vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib.
"Bu günə qədər dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlə ölçülür. Ondan sonrakı mərhələdə qərara gəldik ki, eyni zamanda, Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq məsələlərinə də diqqətlə yanaşaq. Artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir və növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitetin özəlliyi bundan ibarətdir ki, – burada rektor Hafiz Paşayev bunu qeyd etdi, – bu universitet İtaliyanın beş aparıcı universiteti və ADA Universiteti ilə birlikdə qurulmuşdur. Əlbəttə, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq, biz əminik və ümid edirik ki, bu, Azərbaycanın aparıcı təhsil ocaqlarından birinə çevriləcəkdir", – Prezident qeyd edib.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib