İtaliyada mafiyaya qarşı əməliyyat, 80-ə yaxın insan SAXLANILDI
İtaliya hüquq-mühafizə orqanları çərşənbə axşamı "Ndrangeta" mafiya qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 77 nəfəri saxlayıb.
KONKRET.azTASS-a istinadən xəbər verir ki, bu barədə "İl Fatto Quotidiano" qəzeti yazıb.
Məlumata görə, 43 şəxs paytaxt Romada, 34 nəfər isə Kalabriya vilayətində saxlanılıb. Qəzetin yazdığına görə, saxlanılanlar arasında kiçik Kozoleto yaşayış məntəqəsinin meri Antonino Coffre də var. İtaliya paytaxtında şübhəli bilinənlər müxtəlif sektorlardakı – balıqçılıq sənayesi, dəri istehsalı, həmçinin çörək və şirniyyat sexləri və s. bizneslərə nəzarəti ələ keçirməyə çalışan mafioz qruplarla əlaqədə ittiham olunurlar.
İtaliyanın hüquq-mühafizə orqanları 10 ildən çoxdur ki, ənənəvi olaraq "cənublu" hesab edilən cinayətkar təşkilatın uzun müddətdir öz fəaliyyətini ölkənin şimal bölgələrində, eləcə də Avropa ölkələrində yaydığını müəyyən edib. "Ndrangeta" Cənubi Amerikadan Avropaya kokain tədarükü zəncirinə nəzarət edən ən güclü kölgə cinayətkar qrupu hesab olunur.//Report
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar