İtaliyada Qadınlar Günü nümayişlərlə QEYD OLUNUR
İtaliyanın müxtəlif şəhərlərində qadınların hüquqlarının müdafiəsi lehinə nümayişlər keçirilir. Həmkarlar ittifaqları əsasən nəqliyyat sektorunu əhatə edən ümummilli tətil elan ediblər.
KONKRET.azxəbər verir ki, bu barədə İtaliyanın "Rai News 24" telekanalı məlumat yayıb.
Bildirilib ki, hüquqlarını müdafiə edən qadınlarla həmrəylik əlaməti olaraq bəzi tibb işçiləri və müəllimlər də işə gəlməyiblər.
Belə ki, işçilər qadınlara qarşı zorakılığın istənilən formasına, əmək haqqı bərabərsizliyinə və cinsi ayrı-seçkiliyin istənilən formasına etiraz edirlər.
Qeyd edək ki, martın 8-də İtaliyada ənənəvi olaraq nümayişlər və tətillər keçirilir.
Ekspertlərin bildirdiyi kimi, qadınlar hələ də idarəetmə orqanlarında, o cümlədən parlamentdə azlıq təşkil edir. Son statistik məlumatlara görə, qadınların məşğulluq göstəriciləri ölkədə minimum səviyyəsinə çatıb, bu, Avropada ən aşağı həddir.
Məlumata görə, İtaliyanın 45 idman federasiyası arasında yalnız ikisinə qadınlar rəhbərlik edir.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu