İtaliyalı senator: "Azərbaycanda seçki prosesi tam şəffaflıqla keçdi
İtaliyalı senator: "Azərbaycanda seçki prosesi tam şəffaflıqla keçdi"
Azərbaycanda seçki prosesi tam şəffaflıqla keçdi.
Oxu.Az xəbər verir ki, bunu İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun, həmçinin İtaliya Parlamentinin Səhiyyə Komitəsinin və Avropa Şurasında İtaliya nümayəndə heyətinin üzvü olan Mariya Rizotti seçki prosesindəki müşahidələrini açıqlayarkən bildirib.
O qeyd edib ki, səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu:
"Azərbaycan xalqına dəyər verən senatorlardan biriyəm. Avropadakı çıxışlarımda da vurğulayıram ki, Azərbaycanda qadınlara böyük dəyər verilir. 1918-ci ildə məhz bu ölkədə qadınlara ilk dəfə səsvermə hüququ verilib. Azərbaycan bununla bəzi Avropa və Amerika ölkələrini qabaqlayıb".
İtaliya Parlamenti Deputatlar Palatası, Sosial Məsələlər üzrə Komitənin sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rosanna Boldi isə müşahidəçi qismində Azərbaycandakı seçki prosesini izləməyin maraqlı olduğunu bildirib:
"Həmkarımla birlikdə Bakıda və paytaxtdan kənarda yerləşən seçki məntəqələrində müşahidə apardıq. Eyni zamanda, Sumqayıt şəhərində 2 seçki məntəqəsində seçki prosesinin gedişini izlədik. Diqqətimizi çəkən əsas məqamlardan biri səsvermədə seçki qaydalarına birmənalı riayət olunması idi.
Xüsusilə, səsverməyə gələnlərin sənədlərinin yoxlanmasında ciddi nəzarət vardı. Bu da bir seçicinin başqasının yerinə səs verə bilmə ehtimalını sıfıra endirirdi. Bir çox məntəqələrdə ultrabənövşəyi cihazlar və şəffaf mürəkkəblər vardı.
Müşahidə kameraları işləyirdi. Müşahidəçilərin əksəriyyəti qadın və gənclərdən ibarət idi. Məntəqələrdən birində müşahidəçinin məntəqə sədrinin bülletenlərin şəklini çəkməyə icazə verməməsindən şikayətləndiyinin şahidi olduq. Məsələ diqqətimizi çəkdiyi üçün Seçki Məcəlləsində bu qaydalarla tanış oldum. Nəticədə şikayətin əsassız olduğu məlum oldu. İtaliyada da bu qaydalar mövcuddur. Seçki məntəqəsinə fotokamera ilə daxil olmaq, bülletenlərin şəklini çəkmək qadağandır".
İtaliyalı müşahidəçilər seçki məntəqəsində baş vermiş əyləncəli bir məqamı da qeyd ediblər:
"Məntəqələrdən birində bizi seçicilərlə səhv salmışdılar. Çox əyləncəli dəqiqələr yaşadıq. Onlar bizim daha əvvəl başqa seçki məntəqəsində olduğumuzu dedilər. Biz isə izah etdik ki, seçici yox, müşahidəçiyik və bir neçə məntəqədə müşahidə aparmağımız normaldır. Bunu xüsusilə qeyd etdim ki, seçki prosesinin necə şəffaf keçdiyindən əmin olasınız". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı