İtkin düşdüyü bildirilən qadını qardaşı belə öldürübmüş -TƏFƏRRÜAT
Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Cəlilabad rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, faktla bağlı Cəlilabad prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib.
İş üzrə istintaq davam edir.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi