İzmirdə "Qərbi Azərbaycana Qayıdış – Türk Birliyi" adlı möhtəşəm tədbir keçirildi

İzmirdə Türkiyənin İzmir şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Media Araşdırmaları və Monitorinq Mərkəzi, eləcə də Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana Qayıdış – Türk Birliyi" adlı möhtəşəm tədbir keçirilib.
KONKRET.az xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbir Azərbaycan və Türkiyədə tanınan sənətçi, aktrisa Roza İbadova Kocamazın aparıcılığı ilə baş tutub. 
Türkiyə Prezident Administrasiyasının İletişim Başkanlığının binasında baş tutan tədbirin açılış nitqində İletişim Başkanlığının Ege bölgəsinin müdiri Cengiz Kutlu Yüksel iki qardaş ölkənin birliyinin əhəmiyyətindən danışaraq, "Qarabağ zəfərində olduğu kimi, Qərbi Azərbaycan məsələsinin də yaxın zamanda həll olunacağına və o torpaqlardan zorla qovulan insanların haqlarının tanınacağına inanırıq. Türkiyə olaraq bu məsələdə də qardaşlarımızın yanındayıq." deyə, bildirib.
Federasiya sədri İsa Ambarcı isə vurğulayıb ki, 100 il əvvəl indiki Ermənistan ərazisindən zorla qovulan soydaşlarımızın bir hissəsi Azərbaycana, digərləri isə Türkiyəyə sığınıb. Hazırda yalnız Türkiyədə həmin torpaqlardan olan təxminən 5 milyona yaxın Qərbi azərbaycanlının yaşadığını bildirən Ambarcı, öz ailəsinin də bu kökdən gəldiyini qeyd edib.
Media Araşdırmaları və Monitorinq Mərkəzinin sədri Zaur Qəriboğlu tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verərək bildirib:
"Heç kimin torpağında gözümüz yoxdur. Amma doğma yurdundan zorla qovulan, evi, malı-mülkü əlindən alınan soydaşlarımızın öz torpaqlarına qayıtmaq haqqı vardır. Bu işə biz hələ 2016-cı ildən başlamışıq və Qarabağ savaşından xeyli öncə bu istiqamətdə layihələr hazırlamışıq."
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Türkiyədəki qadın elçilərindən biri, 1988-ci ildə Ermənistan tərəfindən deportasiya edilən soydaşlarımızdan olan və həmin hadisələrin canlı şahidi – jurnalist Nigar Ögeday yaşadığı faciəli xatirələrdən danışaraq bildirib:
"Bu, sadəcə siyasi deyil, həm də mənəvi mübarizədir. Ölkə başçımızın ortaya qoyduğu siyasi iradəyə güvənirəm və əminəm ki, bizə qarşı edilən haqsızlıqlar bərpa olunacaq. Bu torpaq bizim ata-baba yurdumuzdur və ora qayıdış bir hüquq məsələsidir."
Tədbirin sonunda aktrisa Roza İbadova Kocamaz Qərbi Azərbaycan torpağının yetirməsi və türk dünyasının böyük ozanı Aşıq Ələsgər haqqında geniş məlumat verərək, ustadın seçmə şeirlərini səsləndirib. Bu anlar tədbir iştirakçılarına duyğulu anlar yaşadıb və sürəkli alqışlarla qarşılanıb.
Sonda çıxış edənlərə Qərbi Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunub.
İzmirdə İzmirdə İzmirdə İzmirdə İzmirdə İzmirdə

Siyasi       Tarix: 28 iyun 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler son xeberler azerbaycan xeberleri şou biznes xəbərləri son xeber 2026 xeber.az 2026 valyuta