Jah Xalibə bir zərbə də Lobodadan gəldi
Ukraynanın Əməkdar artisti Svetlana Loboda zərbaycan əsilli məşhur qazax reper Jah Xaliblə (Bəxtiyar Məmmədov) duet oxumayacağını bildirib.
azxeber.com Axşam.aza istinadən xəbər verir ki, ifaçı buna səbəb Xalibin daha əvvəl verdiyi və müzakirələrə səbəb olan açıqlaması ilə əlaqədar olduğunu açıqlayıb:
"Jah Xalib haqqında eşitdim (qadınlar haqqında dediyi fikirləri nəzərdə tutur - red.). Yox, duet olmayacaq. Dediyiniz hər sözə görə məsuliyyət daşıdığınız bir dövrdür. Bir şey deməzdən əvvəl yaxşı düşünməlisən. Nə dediyini, nəyi nəzərdə tutduğunu bilmirəm. Amma insan zarafat etsə belə, buna görə məsuliyyət daşıyır. Üzr istəməlisən, özün izah etməlisən. Etməsən, adətən silinirsən.
Kimləsə mahnı oxuyanda bu sənətçiyə hörmət etmək mənim üçün önəmlidir. Xüsusilə son iki ildə kimlərlə ünsiyyət qurduğumu, onları dəqiq təhlil etməliyəm".
Qeyd edək ki, ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri 43 yaşlı Kuandıq Bişimbayevin məhkəməsi və ümumilikdə Qazaxıstanda qadınlara qarşı zorakılıq mövzusunun müzakirəsi fonunda internet istifadəçiləri Xalibin sözügedən açıqlamasını önə çəkiblər.
Reper "Qastrol səfərində olanda həyat yoldaşım şəhərin mərkəzində gəzəndə kimsə ona sataşsa, başıbağlı olduğunu görən müsəlman qardaşım mənim yerimə onu qoruyacaq. Rahat olacağam ki, həyat yoldaşıma küçədə pis gözlə baxmayacaqlar, o təhlükəsiz olacaq" sözlərini işlətmişdi.
Bundan sonra sosial media istifadəçiləri reperin mahnılarının silinməsini, konsertlərinin isə ləğv olunması, ümumilikdə, ölkədəki fəaliyyətinin dayandırılmasını tələb ediblər. İstifadəçilər Xalibə qadınların geyimi ilə bağlı şərh verməkdənsə, mahnı yazmağı məsləhət görüblər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır