"Johnson & Johnson" şirkəti Qarabağdakı separatçı qondarma qurumu təbliğ edir - FOTO/VİDEO
"Johnson & Johnson" şirkəti Qarabağdakı separatçı qondarma qurumu təbliğ edir - FOTO/VİDEO
Mərkəzi ABŞ-da yerləşən "Johnson & Johnson" şirkəti dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirir.
Oxu.Az-ın məlumatına əsasən, şirkət rəsmi "Twitter" hesabından Qarabağ münaqişədən əziyyət çəkən, qarşıdurmadan təsirlənən tərəflərin dəstəklənməsi məqsədilə toplanan ianələrin Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim ediləcəyini bildirib.
Amma şirkət paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub. Şirkət beynəlxalq hüquqa əsasən, Azərbaycan Respublikasına aid olan Dağlıq Qarabağ və ətraf əraziləri, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan Ermənistan Respublikası və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş qondarma separatçı rejimi təbliğ edib.
Şirkət bu paylaşımı ilə beynəlxalq hüququn hüdud və çərçivələrindən kənara çıxaraq, beynəlxalq hüquq normalarını və qaydalarını safçürüq edib. Həmçinin, dolayısıyla Ermənistanın hərbi və siyasi təxribatlarının, ölkə ərazidə həyata keçirdiyi terrorizm aktlarının dəstəklənməsi üçün zəmin yaradıb.
Eyni zamanda geniş izləyici kütləsini də manipulyasiya edərək separatçı rejimin yalanlarının geniş yayılmasına şərait yaradıb.
Bundan əvvəl də şirkət Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimin maliyyələşdirilməsi ilə bağlı paylaşım etmişdi.
Şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula "Johnson & Johnson" tərəfindən 50 faiz əlavə ediləcəyini bildirmişdi.
Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı "Johnson & Johnson" şirkətinə məktublar ünvanlayıb.
Əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalı Azərbaycana qadağan edilməsi təklif edilirdi.
Nigar Məmmədova

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR