Kalın: "Yeni "soyuq müharibə" dövrünə qədəm qoyduq"
"Ukrayna böhranı dərinləşməyə davam edir, bu müharibənin təsirləri onilliklərlə davam edəcək"
KONKRET.az bildirir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitter hesabında yazıb.
"Qarşılıqlı səhvlər, yeni qüvvələr balansının axtarışı, qısamüddətli maraq hesablamaları orta və uzunmüddətli perspektivdə böyük strateji itkilərə, eləcə də, humanitar dramlara səbəb olacaq. Biz yeni "soyuq müharibə" dövrünə qədəm qoyduq. Bu müharibənin təsirləri ölkəmizə böyük təsir göstərəcək, illər boyu davam edəcək".
Kalın bildirib ki, Türkiyə bu kritik dövrdə çoxşaxəli təşəbbüslərini davam etdirəcək:
"Ərzaq və enerji təhlükəsizliyindən tutmuş geosiyasi dinamika və regional ittifaqlara qədər bütün sahələrdə yeni tarazlıqlar qurulacaq. Türkiyə bu kritik dövrdə balanslı mövqeyini qoruyacaq, sülh, sabitlik, təhlükəsizlik və ədalətin bərqərar olması üçün çoxşaxəli təşəbbüslərini davam etdirəcək".

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq