Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTOKamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib.
azxeber.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, H.Manet müdafiə sənayesi nazirinin müavinləri Mehman Baxışov və Hidayət Əzimovun iştirakı ilə müəssisələrin iş prinsipləri, istehsal imkanları və texnoloji potensialı ilə yaxından tanış olub.
Ziyarət zamanı qonağa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, son illərdə əldə olunan nailiyyətlər və tətbiq edilən müasir texnoloji həllər barədə ətraflı məlumat verilib. Bildirilib ki, yerli istehsal imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və yüksək ixtisaslı kadr potensialının formalaşdırılması müdafiə sənayesinin əsas inkişaf istiqamətlərindəndir.
H.Manetə, həmçinin müəssisələrdə aparılan modernləşmə işləri, istehsal proseslərinin müasir standartlara uyğun təkmilləşdirilməsi, yeni texnoloji avadanlıqların tətbiqi və mövcud infrastrukturun yenilənməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Səfər çərçivəsində müdafiə sənayesinin inkişaf perspektivləri və bu sahədə beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu cür səfərlərin ölkələr arasında əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTOKambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTOKambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTOKambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTOKambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTOKambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO

Siyasi       Tarix: 14 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin deputatı Qurbuks Saini ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyini

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məluma

İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsini

Prezident bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin etdi

Bir sıra birinci instansiya məhkəmələri hakimləri təyin edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikas

Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. xəbər verir ki, İlham Əliyevin b

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə -a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Tədbiri açan BDU-nun rektoru Elçin Babaye

ABŞ-dan dəhşətli etiraf, gizli silahla qorxunc təhdid: Yerə kosmosdan hücum etmək planı qurulur

ABŞ və Türkiyənin təşəbbüsləri tamamilə fərqli məqsədlər daşısa da, ümumi şəkildə kosmik texnologiyaların strateji əhəmiyyətinin artmaqda olduğunu da əks etdirir… Belə ki, ABŞ öz qlobal hərbi üstünlüyünü qorumağa çalışır

Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib. xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb. Sərəncama əsasən

Trampdan Azərbaycan açıqlaması

"Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni 2 günə həll etdim". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu York ştatının Sirakyus şəhərində keçirilən mitinqdə çıxışı zamanı bildirib


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu azerbaycanda son xeberler metbuat xeberleri xeberler az