Kamran Əliyev: "Bəzi xəbərdarlıqlar sosial şəbəkə istifadəçiləri tərəfindən aqressiv qarşılanır
"Mediada gedən məlumatları diqqətlə izləyirik. Daim çalışırıq ki, istintaq sirrini qorumaq şərti ilə cəmiyyəti məlumatlandıraq".
azxeber.com "report"a istinadən xəbər verir ki, bu fikirləri baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda deyib.
O söyləyib ki, Vətən müharibəsi dövründə media nümayəndələri qəhrəmanlıq göstəriblər: "Jurnalistlər Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırırdılar".
Baş prokuror bildirib ki, hamı Azərbaycan dövlətinə xidmət edir: "Məqsədimiz ondan ibarətdir ki, bəzi yaranmış problemlərlə əlaqədar nəticələr əldə etmək üçün bərabər şəraitdə fikir mübadiləsi aparaq. Bizim məqsədimiz yaranan bəzi boşluqları aradan qaldırmaqdır.
Azərbaycan prokurorluğu dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə yönələn hərəkətlərlə bağlı qəti addımlar atıb və bundan sonra da atacaq. Biz qanun pozuntularına vaxtında müdaxilə etməliyik. Bəzi xəbərdarlıqlar sosial şəbəkə istifadəçiləri tərəfindən aqressiv qarşılanır".
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR