Kamran Əliyev "Haber Global"a erməni cinayətlərindən danışdı: "Sübutlarımız var" - VİDEO
"Ermənistan tərəfdən minalanmış ərazilərin xəritələrinin verilməsində maneələr törədilir".
Bu sözləri Azərbaycan baş prokuroru Kamran Əliyev "Haber Global"a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu xəritələr ya verilmir, ya da verildiyi zaman tam dəqiqliyi əks etdirmir.
"Biz bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Bir tərəfdən həmin əraziləri öz gücümüzlə, müttəfiqlərimizin gücü ilə minalardan təmizləyirik. Ermənistan tərəfi ilə də istənilən halda danışıqlar aparılır".
K.Əliyev Ermənistanın törətdiyi cinayətlərdən də söz açıb:
"Ekoloji cinayətlər, tarixi abidələrə qarşı cinayətlər var. Eyni zamanda vətəndaşların evlərini dağıdıblar".
O, Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qalmayacağını, bu istiqamətdə işlər aparıldığını vurğulayıb: "Kifayət qədər sübutlarımız var".
K.Əliyev bütün bu müddətdə Azərbaycanın yanında olan Türkiyəyə də təşəkkür edib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı